ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib

img

02-04-2026 [11:48]


ABŞ administrasiyası 3 yanvarda prezident Nikolas Maduro hərbi müdaxilə nəticəsində saxlanıldıqdan sonra onu əvəzləyən Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezə qarşı sanksiyaları ləğv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)  açıqlama yayıb.

Rodrigez isə qərarı alqışlayıb: “ABŞ-ın bu qərarı ölkələrimiz arasında münasibətlərin normallaşdırılması və gücləndirilməsi istiqamətində mühüm addımdır. İnanırıq ki, bu proses və qətiyyət nəticədə ölkəmizə qarşı hazırda tətbiq olunan digər sanksiyaların ləğvi ilə davam edəcək”

Hüseyn Namazov
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA