Ermənistan Müdafiə Nazirliyinin kütləvi fərarilik qorxusu

img

20-03-2009 [02:57]


Nazirlik, üç erməni əsgərinin iddialarını təkzib etmək üçün bəyanat vermək məcburiyyətində qalıb Ermənistan ordusundakı kütləvi fərarilik hallarından, əsgərlər arasında məruz qaldıqları işgəncələrə qarşı baş qaldıran etirazlardan ehtiyatlanan Ermənistan Müdafiə Nazirliyi bəyanatla çıxış edib. Bəyanat, fevralın 28-də Azərbaycan tərəfinə könüllü keçmiş üç erməni hərbçisi-Qrant Markosyan, Rafik Tevosyan və Vardan Sarkisyanın Bakıda səsləndirdiyi iddialara həsr olunub. Müdafiə Nazirliyi əvvəlcə ondan başlayıb ki, guya, adları çəkilən əsgərlər Azərbaycanda psixoloji, mənəfi təzyiqə, fiziki işgəncə və zorakılığa məruz qalır. Fərarilik hallarının artacağından təşvişə düşən Ermənistan ordusunun rəhbərliyi əsir əsgərlərə kifayət qədər poetik müraciət də ünvanlayıb. ?Bəli, siz intizamlı hərbi xidmət normaları pozmusunuz. Nəticədə doğru yoldan saparaq, düşmən əlinə keçibsiniz. Amma siz öz vətənizin övladlarısınız və əmin olun ki, öz səhvlərinə görə layiqli məsuliyyəti daşımaq erməni kişisi və əsgərinə məxsus xüsusiyyətdir?. Ermənistan Müdafiə Nazirliyi əsgərləri həyatlarını xilas etmək üçün istənilən aldadıcı addımdan istifadə etməyə çağırır. Halbuki, onlar Azərbaycan tərəfə məhz həyatlarını xilas etmək üçün üz tutublar. Xatırladaq ki, Azərbaycan tərəfinə könüllü keçmiş erməni hərbçiləri bu addımlarının səbəblərini hərbi hissədəki haqsızlıqlar və sağlamlıqlarına etinasızlıqla izah etmişdilər. Məsələn, Qrant Markosyan hərbi hissədə bununla bağlı şikayətlərin qulaqardına vurulduğunu deyirdi. Onun sözlərinə görə, dəfələrlə belindəki ağrılardan şikayət etsə də, müalicəsi üçün hərbi hissə rəhbərliyi tərəfindən heç bir addım atılmayıb. Digər əsir Rafik Tevosyan isə Dağlıq Qarabağda xidmət etmək isəməyənlərdən külli miqdarda rüşvət tələb olunduğunu iddia edir. O bildirib ki, Ermənistan ordusunda kök atmış "dedovşina" mövcuddur, zabitlər əsgərlərin pullarını əllərindən alır, bir qədər yaşlı əsgərlər gəncləri döyür, öz işlərini onlara gördürür. Daxili orqanlarında ciddi problemlər olan Vardan Sarkisyanı isə hərbi çağırışdan azad etmək üçün 15 min dollar istəyiblər. Ailəsinin bu qədər pulu olmadığına görə səhhətində problemlər olan gənc hərbi xidmətə getməyə məcbur olub. Nəticədə onun xəstəliyi daha da ağırlaşıb. Bütün bunları yaşayan erməni əsgərlər Ermənistandakı həmyaşıdlarına müraciət edərək, onları qanunlarla yox, hakim klana yaxın olan dairələrin istəkləri ilə idarə olunan bu ölkədən qaçmağa çağırmışdılar. Əslində, Ermənistan Müdafiə Nazirliyini narahat edən də belə çağırışlardır. Görünür, Ermənistan silahlı qüvvələrinin rəhbərliyi etirazlardan, kütləvi fərarilikdən və gənclərin işğal olunmuş Azərbaycan ərazilərində xidmətdən boyun qaçırmasından çox narahatdır. Qeyd edək ki, indiyədək erməni əsgərlərin könüllü şəkildə Azərbaycan tərəfə keçməsi dəfələrlə təkrarlanıb. Məsələn, bir neçə gün əvvəl öz istəyi ilə üçüncü ölkəyə ötürülmüş Paruyr Simonyanın Ermənistan ordusundan qaçanda çəkisi cəmi 48 kiloqram olub. O, Azərbaycanda qaldığı təxminən 10 ayda çəkisini 24 kiloqram artırıb, burada onunla əsir kimi yox, dövləti tərəfindən aldadılmış bir insan kimi rəftar edilib. Sonda isə o öz istəyi ilə üçüncü ölkəyə təhvil verildi və Azərbaycandan razılıqlı ayrıldı. Əsirlərin Azərbaycanda təzyiq və işgəncələrə məruz qalması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin hay-küyü isə yalnız ictimaiyyətin diqqətini ordudakı problemlərdən yayındırmağa xidmət edir. Orduda olduqları müddətdə tutulduqları xəstəliklərdən, gördükləri işcəncələrdən ağlayan erməni əsirlərin üzü öz ölkələrindən fərqli olaraq Azərbaycanda gülür. Bu fotodakı kimi? Mahir Məmmədli /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA