Obama yayda Rusiyaya səfər edəcək

img

01-04-2009 [07:10]


ABŞ prezidenti Barak Obama iyul ayında Rusyaya səfər etmək niyyətindədir. Lent.az-ın ?RİA Novosti? agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti özü bildirib. Obama Rusiya prezidenti Dmitri Medvedevlə görüşünün nəticələrinə həsr olunan mətbuat konfransı zamanı həmkarının onu dəvət etdiyini vurğulayıb: ?Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yayda Moskvaya dəvət edilmişəm. Biz orada münasibətlərimizin inkişaf etdirilməsi və genişləndirilməsi ilə bağlı danışıqları davam etdirəcəyik... Moskvaya iyulda səfər, yanvar ayında səfərdən daha yaxşıdır?. Öz növbəsində Dmitri Medvedev Obamanı iyulda Moskvada görməkdən məmnun olacağını vurğulayıb: ?Mən prezidenti görməkdən şad olardım və iyulda onu Rusiyada gözləyirəm. Bu, ən isti aydır və ümid edirəm ki, bizim münasibətlərimizin ruhunu əks etdirəcək. Biz konkret məsələlər barədə razılıq əldə etmişik və onları həmin müddətə kimi hazırlamaq olar?. Prezidentlər strateji hücum silahları (SHS) barədə yeni sənəd imzalamaqla bağlı razılaşma əldə ediblər. Həmin sənədə uyğun olaraq nüvə başlıqları bundan sonra da azaldılacaq. Prezidentlər İranın nüvə probleminin bundan sonra da diplomatik yolla həlli ilə bağlı ümumi razılığa gəliblər. Bununla yanaşı, prezidentlər bəzi məsələlər ətrafında ümumi fikrə gələ bilməyiblər. Məsələn, onlar ABŞ-ın Avropada HHM sistemi yerləşdirilmək niyyətinə müxtəlif formada yanaşırlar. Obama və Medvedev ötən ilin avqustunda Cənubi Osetiyadakı müharibəni də fərqli dəyərləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA