Türk-islam birliyi yaranacaq

img

29-03-2009 [12:17]


[b]Harun Yəhya Azərbaycan ictimaiyyətinə mesaj verdi [/b] "Türk-islam birliyinin yaranması tarixin hökmüdür. Tezliklə Azərbaycanla Türkiyə birləşəcək, Dağlıq Qarabağ işğaldan azad olunacaq". Bu sözləri MİA-ya açıqlamasında Türkiyənin tanınmış fikir adamlarından olan Harun Yəhya deyib. Harun Yəhya türk-islam dünyasını qarşıda əlamətdar günlərin gözlədiyini bildirib: "Nikbin olmaq üçün çox ciddi əsaslarımız var. Hadisələrin inkişafı da türk-islam birliyinin yaranmasını qaçılmaz edir. "?abucco", Bakı-Ceyhan neft kəməri, nəhəng dəmiryol proyekti təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisələrdir. Artıq Gürcüstan, Suriya və İraq Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını bildiriblər. Bu arada ortaq türk televiziyası fəaliyyətə başladı. Bütün bunlar bizi sevindirir". Türkiyəli alim deyib ki, türk-islam birliyinin yaranması mərhələsində Azərbaycanın da üzərinə çox mühüm vəzifələr düşür: "Azərbaycanlı qardaşlarımız bu məsələni daim gündəmdə saxlamalıdırlar. Hər bir Azərbaycan türkünün devizi bu olmalıdır: biz türk-islam birliyinin qrulmasını istəyirik. Bu, həm dövlətimiz, həm də millətimiz üçün faydalı olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA