indoneziyada 6,1 bal zəlzələ baz verib

img

01-04-2009 [01:26]


İndoneziyada zəlzələ baş verib. Rixterşkalası üzrə 6,1 bal gücündə olan yeraltı təkanlar Benqkula vilayətində qeydə alınıb. Zəlzələnin episentri Bintuxan şəhərindən 227 km cənub-qərbdə, okeanın 30 km dərinliyində olub. Hələlik sunami təhlükəsi, dağıntı və təlafat barədə heç bir məlumat verilməyib. Qeyd edək ki, 2009-cu ilin 3-7 yanvar tarixləri arasında İndoneziyanın Qərbi Papua vilayətində gücü 7,5 bala kimi olan silsilə zəlzələlər baş verirdi. Fevralın 11-də isə belə yeraltı təkanlardan biri Sulavesi adası yaxınlığında qeydə alınıb. 2004-cü ildə Sumatra rayonunda baş vermiş güclü zəlzələdən sonra əmələ gəlmiş sunami nəticəsində 168 min insan tələf olmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA