Türkiyə ABŞ-a xəbərdarlıq etdi

img

19-03-2009 [01:37]


ABŞ Konqresində qondarma erməni "soyqrımı" haqqında qətnamənin müzakirəyə çıxarılması Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına ziyan vura bilər. ?Hürriyət? qəzetinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Babacan qeyd edib ki, Türkiyə və Ermənistan 1915-ci il hadisələri ilə bağlı danışıqlar aparırlar və üçüncü ölkənin buna müdaxiləsi yalnız danışıqlara mane ola bilər. ?Biz ümid edirik ki, parlamentarilər bu proseslər haqqında məlumatlıdırlar və buna uyğun addım atacaqlar?. Xatırladaq ki, erməni lobbisi ABŞ Konqresinin Nümayəndələr Palatasına qondarma erməni "soyqrımı"nın tanınması haqqında qətnamə layihəsini martın 17-də təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA