10 il əvvəlki səhvi təkrarlamayın!

img

06-07-2013 [21:56]


Bu mövzuda yazmaq çox çətindir. İyirmi il müxalifətdə qalan, olmazın əzab-əziyyətlərə, məşəqqətlərə düçar olan adamları tənqid etmək asan deyil. Ağzını açan kimi adamın üzünə bozarırlar: "Mən türmədə yatanda sən harda idin?"
Amma elə problemlər var ki, bu barədə vaxtında danışmaq lazımdır. Sonrakı peşmançılıq heç vaxt fayda vermir. Bizdən asılı olmayan səbəblərə görə, demokratik düşərgənin sıraları son illər xeyli zəifləyib. Əgər Milli Şura ideyası baş tutmasaydı, dağınıq vəziyyətdə olan müxalifəti bir araya gətirmək çox çətin olardı. Amma müxalifətin Milli Şurada birləşməsi də qələbəni təmin etmək üçün yetərli faktor deyil. Sa-dəcə olaraq, Milli Şuranın yaranması öləzimiş ümidləri yenidən dirçəldib. Müxalifətin vahid namizəd ideyası ətrafında müzakirələrə başlaması qələbəyə ümid yaradıb. Bu ümidləri doğrultmaq isə müxalifə-tin başbilənlərindən asılıdır.
Hadisələrin inkişafı göstərir ki, Milli Şurada birləşən demokratik qüvvələr vahid namizəd məsələsində razılığa gələ bilmirlər. Vahid namizəd ideyasının müzakirə olunduğu bir vaxtda Müsavat başqanının seçi-ciləri ilə görüşlər keçirməsi hansı anlama gəlir? Düzdür, İsa Qəmbər qələbə naminə demokratik qüvvə-lərin namizədinə güzəştə getməyə hazır oludğunu bəyan edib. Amma Arif Hacılının bəyanatları nikbin olmağa əsas vermir. YAP hakimiyyəti dövründə iki dəfə məhbus həyatı yaşayan Arif bəy özünün prezi-dentliyə namizəd ola biləcəyini istisna etmir. Həm vətəndaş, həm istiqlalçı-deputat, həm də ölkənin ən iri partiyasının ikinci şəxsi kimi Arif Hacılının prezidentliyə namizəd olmağa haqqı çatır. Bunu hətta siy-sətdə diletant olan adamlar da bilirlər. Amma Arif bəy də bilməlidir ki, onun imkanı elə prezidentliyə na-mizəd olmağa çatır. Fəaliyyətini dondurmuş Demokratik Şəxsiyyətlər Partiyasının liderinin, yoxsa Arif Hacılının prezidentliyə namizəd olmasının indi heç bir fərqi yoxdur. Çünki hər ikisinin məğlubiyyəti qaçıl-mazdır. Bizə isə məğlubiyyətdən qaçmaq lazımdır...
Yadımdadır, 2003-cü ildə jurnalist həmkarım Natiq Cavadlı ALP funksioneri Əvəz Temirxana təklif etdi ki, Lalə Şövkət öz namizədliyini İsa Qəmbərin xeyrinə geri götürsün. Natiq dedi ki, İsa Qəmbər prezident, Lalə Şövkət isə səhiyyə naziri olsun. Bu sözləri eşidəndə, az qaldı ki, Əvəz Temirxan Natiq Cavadlını boğ-sun. O, Lalə Şövkətə nazir postunu rəva bildiyi üçün jurnalisti öldürmək istəyirdi. Bu, həmin vaxt idi ki, Əvəz bəy nazir postunu nəinki Lalə Şövkətə, heç özünə də layiq bilmirdi. İndi o vaxtdan 10 il keçir. Dos-tumuz Əvəz Temirxan bu 10 ildə nəinki Baş prokuror, heç Vəkillər Kollegiyasının sıravi üzvü də ola bil-məyib. Lalə Şövkətin fəaliyyəti isə seçkidən-seçkiyə bir-iki bəyanat verməkdən o yana keçməyib. Mü-savat hökumətində səhiyyə naziri postunu bəyənməyən Lalə Şövkət YAP hakimiyyəti dövründə Sura-xanıda gözdən-könüldən uzaq bir poliklinikanın baş həkimi də ola bilmir.
İstəmirəm ki, eyni sözləri beş il sonra Arif Hacılı haqqında da yazım...
 - See more at: http://reytinqinfo.az/component/k2/item/54-10-il-%C9%99vv%C9%99lki-s%C9%99hvi-t%C9%99krarlamay%C4%B1n.html#sthash.7kzxW5p6.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR