07-10-2015 [11:33]
RƏNA MİRZƏZADƏ,
AMEA FHİ, "Siyasi nəzəriyyələr” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
Müasir dünya innovasion inkişaf dövrü olmaqla həm də yeni islahatlar aparılması, daha yeni qanunlar qəbul edilməsi, hətta insanlığa mane törədən, qarşılıqlı münasibətlərdə stereotiplərdən azad olunması zəmanəsidir. XXI əsr təfəkkürdə boyük dönüş və çevrilişlər dövrü kimi səciyyələnə bilər. Cəmiyyət həyatında baş verən bu kimi dəyişikliklər ən yeni ictimai-siyasi dünyagörüşün – Gender mədəniyyətinin yaranmasına da səbəb olmuşdur.
Müstəqil Azərbaycanda yeni inkişafla əlaqədar ictimai-siyasi həyatın bütün sahələrində baş verən dəyişikliklər o cümlədən, cəmiyyətdə kişi-qadın qarşılıqlı münasibətlərində Gender harmoniyasında özünü göstərməkdədir.
Qadın və kişilərin cəmiyyətin inkişafındakı sosial rolunun yəni Gender rolunun sosial-siyasi təhlilinə iki müxtəlif baxış daxildir. Onlardan biri qadınlara sosial-demoqrafik qrup kimi, digəri isə müəyyən olunmuş sosial statusa malik, öz spesifik demoqrafik xüsusiyyətləri ilə seçilən iri birlik, fərqli sosial qrup kimi baxır. İkinci variant daha məqbul sayıla bilər, çünki qadın-real mövcud olan və empirik qeydə alınan nisbətən tam sabit sosial qrupdur. Bu Gender amilidir. Qadınlar da sosial və siyasi proseslərdə, istehsal sahələrində, mədəniyyətdə və insan həyatına xas olan digər sahələrdə fəaliyyət göstərirlər. XXI əsr tarixi, «qadın siyasətin obyektidir» tezisinin dardüşüncəliliyini, hətta sosial və mənəvi cəhətdən tam dəyərsiz olduğu anlamını sübut edir. Belə ki, praktiki olaraq tam bərabərhüquqluq qazanmış sosial qüvvə və onun subyekti olaraq qadınlar öz fəaliyyətini çox artırmışlar. Bir sosial tərəf kimi onlar tarixin gedişinə təsir edə bilər, müxtəlif vasitələrlə müdaxilə edər, cəmiyyətin tərəqqisini ya sürətləndirər və ya ləngidər, münaqişələr yaranmasına və ya onların həllinə şərait yaradar yaxud qarşısını ala bilər. Bu Qadın tarixidir. İdeoloji fərqli baxış tərzinə baxmayaraq, dünyada qadın və siyasət, qadın və seçki məsələlərinə dair bütün səylərin birləşdirilməsi üçün qarşılıqlı addımların atılması istəyi ilə beynəlxalq forumlar, konfranslar miqyasında görüşlər təşkil olunaraq, ümumi qərarlar qəbul edilməsi üçün platformalar müəyyən edilir. Bu baxımdan qadınlar kişi dominantlığına qarşı "soyuq müharibə” nəticəsində arasıkəsilməyən qarşılıqlı sosial əlaqələri bərpa etmiş və daha da möhkəmlətmiş, sanki xalq diplomatiyasının təşəbbüskar və fədakar nümayəndələrinə çevrilmiş, mübarizləşmişlər.
Azərbaycan qadınının siyasi fəallığından bəhs edərkən müxtəlif faktorların təsirinin nəticə etibarı ilə cəmiyyətdə gedən proseslərdə də öz əksini tapmasıdır. Fikrimizcə, bu baxımdan obyektiv hal cəmiyyətdə hələ də kütləvi şüura xas olan «kişinin yeri birincidir» fikrinin formalaşmasıdır. Mənəvi, sosial dəyərlərdə, adət – ənənələrdə, dünyagörüşünün formalaşmasında qadın fenomeni nəzəri şüura təlqin edəcəyilə tərzdə qavranılıb, dərk edilimişdir. Yaşadığımız dövrdə artıq məlum klassik ənənəvi xarakterik hallar əksər halda silinmiş, münasibətlərdə, ictimai şüurda köklu dəyişikliklər baş vermişsə də, cinslərarası ayrı-seçkilikdə hələ də müəyyən dərəcədə qalmaqdadır. Bu isə «seks» adı ilə bəzən də zərbə alır.
Cəmiyyətin sosial strukturundakı köklü dəyişiklik, ictimai formasiyanın belə dəyişməsi qadın faktorunun rolu, vəzifəsi və yeri baxımından hələ də yeniləşən cəmiyyətdə «güclü» – «zəif» kimi cinsi fərqlər modelinin patriarxal dəyərlərinə söykənir. Məhz bu nöqteyi-nəzərdən də, cəmiyyətdə müxtəlif rollar oynayan cinslərin hadisə və proseslərdə, davranış münasibətlərində cinslər arasında ciddi fərqlər meydana çıxır. «Güclü» deyilən cinsin hücum, təzyiq və iradlarına məruz qalmamaq üçün qadınların cəmiyyətin bir bərabərhüquqlu vətəndaşı kimi öz davranışlarını hansı siyasi, mənəvi və sosial normalara uyğun tərzdə quracaqlarını fikirləşməli olurlar. Burada da müəyyən şərtlər var ki, onlar da qadının Ana, həyat yoldaşı, bacı, tərbiyə edən, namus daşıyıcısı, qeyrət simvolu, ləyaqət təcəssümü olmasındadır. Təbii ki, normal haldır. Əks «güclü» qütb isə bu baxımdan istənilən hərəkət, davranış və münasibətdə sərbəstdir. Bu da normal tərz kimi bütün məkan və zamanlarda köklü amili olmuşdur. Qadının sərbəst olmamasının ən mühüm bir səbəbi də psixoloji dünyagörüşünün köhnəliyidir, gender mədəniyyətinin yoxluğudur.
Qadın və siyasət, siyasətçi qadın, siyasiləşmiş qadın obrazı cəmiyyətdə sanki bir qədər «dar çərçivədə» qəbul edilsə də, də bu gün özünə geniş yer tapır. Bu özü də ictimai şüurun yeniləşməsinin bir təzahür forması, qadının siyasətdə iştirakının kütləviləşməsini, siyasi aktivliyini şərtləndirən faktorlardandır.
Siyasi tarazlaşma. Peşəkar qadın simvolu cəmiyyətin yeniləşməsi, cəmiyyət miqyasında yerinin tarazlaşması üçün çox gərəklidir. Necə ola bilər ki, cəmiyyət üçün şəxsi yaradasan, tərbiyələndirəsən, lakin cəmiyyətin idarə olunmasında iştirak edə bilməyəsən, yaxud da analıq funksiyası daxilində yalnız «ev qadını» rolunu yerinə yetirəsən. Bu, cəmiyyətin sosial bəlalarından biri, cinsi ayrı-seçkiliyin bərabərhüquqluluq məsələsidir.
Qloballaşan dünya mühitində artıq kişi-qadın fərdləşməsi, feminst hərəkatı yeniləşən cəmiyyət üçün xarakterik deyil. Məsələlərin ümumi maraq, mənafe prinsipi, cəmiyyətdəki çoxsaylı problemlərdə qadının həmrəylik münasibətini zəruri edir. Bu da kişi və qadınların bərabər siyasi təşkilatlanmasında, bərabər fəaliyyət mexanizmində iştirak etməsini formalaşdırır. Bu gün ictimai təşkilatlarda fəaliyyət göstərən qadınların cəmiyyət üçün nə qədər faydalı işlər gördüyünü inkar etmək olmaz.
Bununla yanaşı, ölkə Konstitusiyasının və beynəlxalq normaların verdiyi bərabərhüquqluq nöqteyi-nəzərindən qadının siyasi fəallığının aktivləşməsi zəruri haldır. Burada müəyyən səbəbləri göstərməliyik: a) qadın bir şəxsiyyət kimi tənə simvolu, dedi-qodu nümunəsi, qərəzli bəzəmələr fövqündə durmamalıdır; b) yerli-yersiz şəxsiləşmiş mənəvi böhtan, təhqirlərdən, ailə-nəsil adına şayiələşmə istiqamətində ehyamla deyilən qadın adı cəmiyyətdə KİŞİLƏRİN, əsasən də sensasiya xarakterli yazıların mövzusu, mübahisə obyekti olmamalıdır.
Bəs reallıq nə deyir? Rəsmi statistikaya görə ölkə əhalisinin çoxu qadınlardır, təhsil almaq istəyənlərin çoxu qızlardır, sosial problemlərin ağırlıqlarının çoxunu öz çiynində daşıyan analardır, bütün ailə-məişət çəkinliklərinə boyun əyən, dözən bacı-həyat yoldaşı, Ailəni-Vətəni də öncə yüksək tutan heç bir ölkəyə dəyişməyən – getməyən qadındır. Belə olan surətdə cəmiyyətdə qadının siyasiləşməsi amili də, liderliyi də, siyasi rəhbərliyi – öncüllüyü də şüurlara adi hal kimi yerləşdirilməlidir. «Seks»dən danışılırsa, onun Əsas tərəfinin Kişinin də adı Baş Rolda çəkilməlidir. Qadına bioloji, cinsi mənsubiyyətinə görə deyil, aparacağı işdə bacarıq tərzi, qabiliyyəti, savad, ağıl, dünyagörüşü çərçivəsindən yanaşılmalıdır. Burada bir mühüm cəhəti də qeyd edək ki, məhz yeniləşən cəmiyyətdə dəyişikliklərə gender bərabərhüquqluluqu, bərabərhəmrəylik zəminində nail olunur. Fərdlər ənənəvi yaşayış tərzindən yeni məqsəd və mövqelərə, zəruri sayılan amallara doğru müəyyənləşmiş istiqamətli hərəkət edirlər.
Qeyd olunan həmin ölçülərdən yeni davranış modellərinin yaranması, yeni tələbatlar formalaşması fərdlərin fəallığını yüksəldir və onun daxili dinamikliyini artırır. Maraq və mənafelərin təmin olunması isə qadının da siyasi proseslərə fəal qoşulmasını yüksəltmiş olur. Qadının siyasiləşməsinin, siyasi aktivliyinin yüksəlməsi cəmiyyətdəki proseslərin siyasi tarazlığı dinamikasının inkişafında vacib – şərtdir. Maraqlı bir hal odur ki, baxmayaraq, Azərbaycan qadınları cəmiyyətin bütün sferalarına daxil olublar, bununla belə yenə Siyasət kişinın yeri, ailə-mətbəx, uşaq tərbiyəsi isə qadınların yeri düşüncəsi şüurlarda qalır, bu da yuxarıda qeyd etdiyimiz şərq mentalitetinin göstəricisidir.
Elə buradaca onu da göstərək ki, kişinin «kişi yeri» müəyyən səbəblər nəticəsində itəndə, qadın ötkəm cəsarətlə önə keçməyi bacarır. Tarix bunu dəfələrlə sübut edib. Bir genderşünas kimi bəzən feministliyin müəyyən tərəflərini məqbul sayır və qadının köləliyini, tabeçiliyini, qul formasını və daha çox məsuliyyət, cavabdehlik yükünü daşımasını qəbul etmir və yeganə Konstitutsion Bərabərhüquqluğu düzgün hesab edirik.
Qadın – öncül, Qadın Xatun ifadələrinə bu günün baxış prizmasından yanaşıldıqda, «köhnə cəmiyyətin – köhnə şüarı» istehzası ilə qarşılanır. Əski türklərdə isə bütün sənədləşmələrdə Xaqan ilə Xatunun adlarının qoşa olması ilə bahəm, mütləq Xatunun rəyi əsas götürülürdü. Türk tədqiqatçısı Necdət Sevincin yazdığı kimi, «...türk xalqlarında...hökmdar əmrnamələri yalnız xaqan buyurur ki, ifadəsi ilə başlamışsa, keçərli deyil, qəbuledilməz idi. Xarici dövlətlərin elçilərinin qəbulu sırasında Xatunun da Xaqanla bərabər olması gərəkdi».
Siyasi fəallığın əsas amilləri. Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, kiçik qruplardan, təşkilatlardan tutmuş böyük siyasi partiyalaradək və dövlət strukturlarında müəyyən sahələrə rəhbərliyədək bütün vəzifələrdə olan qadınların təsir gücü, sosial-siyasi proseslərdə əsas həlledici təsirə malik olmaq imkanını inkar etmir. Cəmiyyətə, hətta ailəyə belə yaradıcı mövqedən müdaxilə etməyən qadın, həqiqəti etiraf etməliyik ki, bu gün də nəğmələrdə təriflənir, reallıqda daha çox məzəmmət, tənqid hədəfinə çevrilir. Belə olan halda qadın yenə, ümumiyyətlə götürüldükdə, bir şəxsiyyət, bir fərd kimi və ya feminizmin radikal qoluna aparmasına cəmiyyətdə daha çox tənə obyektinə çevrilmiş imkanları onun radikallaşmasına səbəb ola bilər. KİV deyəsən «əxlaqı dəyərlərdə» yalnız qadını «seksləşdir»…digər tərəf YOXDUR.
Axı qadınların ictimai-siyasi proseslərdə fəal iştirak etməsi bir sıra mühüm amillərlə bağlıdır. Əvvəla, problemlərin həlli zərurəti cəmiyyətin əsas üzvləri kimi qadınları da yeni proseslərdə iştirak etməyə sövq etmişdir. Bu proseslər nə qədər çətin xarakter daşısa da, öz məzmunu etibarilə mütərəqqi cəhətlərə malikdir. İkincisi, bütün dünyada artıq XX əsrdən genişlənən demokratik qadın hərəkatı öz təsirini göstərməkdədir. İndi dünyanın təhlükəli nüvə silahlarından xilas olmaq təşəbbüsü yeni nəslə öz sözünü demək imkanı yaratmışdır. Bu prosesin fonunda qadınlar demokratik, ekoloji, mənəvi arenalarda kök salmış neqativ halları aşkarcasına tənqid etmək imkanı əldə etmişdir. Üçüncüsü, indi qloballaşmanın təsiri daha çevik milli dircəliş, milli özünüdərk və eləcə də müasirləşmə prosesi yaradır. Dördüncüsü, qadınların həyatına müasir sivilizasiyanın ümumbəşəri keyfiyyətlərinin harmonik təsirini qeyd etmək olar.
Modernləşən Respublikada gedən inkişaf, tərəqqi və yeniləşmə uğrunda fəaliyyətdə yüz minlərlə qadının da ictimai siyasi meydanına atılması, onların da davranışında baş verən siyasətləşmənin təsirləri özünü açıq göstərmişdir.
Bu gün müasir həyatımızda qadınların siyasi fəallığının xeyli artması getdikcə aktiv bir hal almışdır. Qadınlar artıq qlobal səviyyədə, BMT-nın, Avropa Birliyinin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, YUNESKO-nun işlərində, dünyada baş verən ictimai-siyasi proseslərdə, dövlətin idarə olunmasında, yerli idarə orqanlarında, keçirilən seçkilərdə fəal iştirak edirlər.
Sosial-siyasi müdafiə - hər bir qadının fəal siyasi fəaliyyətlə məşğul olması onun sosial statusuna, yəni yaşına, cinsinə, mənşəyinə, peşəsinə və ailə vəziyyətinə görə cəmiyyətdə tutduğu yerlə şərtlənir. Qadının siyasi sosiallaşması səviyyəsi əvvəla, onun fəal siyasətə şərait yaradan sosial-psixoloji mexanizmləri vəhdəti ilə, digər tərəfdən isə siyasi fəallığının yüksəlməsi kimi amillərlə tənzimlənir.
Cəmiyyətdə sosial müdafiənin yüksəlməsi qadınların aktiv fəaliyyətinə səbəb olan amillərdəndir. Yəni artıq cəmiyyətdə birgə fəaliyyət mexanizmi, əxlaqi dəyərlərin getdikcə nizamlanması prinsipləri əksər fərdlər kimi qadınları da daha çox düşünməyə sövq edir, onları fəallaşdırır. Fəal, məzmunlu, şüurlu davranış isə siyasi fəallığın öz göstəricisi kimi çıxış edir. Məhz bu nöqteyi-nəzərdən: - mənsub olduğu cinsin mənafeyini tam aydın, düzgün anlama qabiliyyəti, dərk etməsi, mənimsəməsi və reallaşdırması səviyyəsindən; Bu zaman öz qarşısına hansı məqsədi qoymasından, ona nail olmaq üçün mümkün olacaq hansı vasitə və imkanlardan istifadə etməsindən; cəmiyyətdəki prosesləri necə qavrayıb, ona necə müdaxilə etməsindən, hadisələrdən necə baş çıxarmasından; hansı siyasi biliklərə yiyələnməsindən; hansı siyasi əqidəyə mənsubiyyətindən asılı olaraq qadınların siyasi fəallığı müxtəlif formalarda, səviyyələrdə təzahür edir.
Siyasət və ehtiyaclar qrupu – Modernləşmə dövründə cəmiyyətdə bütün fərdlərin, o cümlədən qadınların da tam siyasətə qatılması üçün lazım olan ehtiyaclara diqqət edək. Təbii ki, bu prosesin təsnifatı mexanizmini verməli olsaq, onları iki qrupa bölmək olar: -birinci iqtisadi, mənəvi və maddi tələblər və ikinci isə siyasi, mədəni və s. sahələrdə meydana çıxan dəyişiklikləri aid etmək olar.
Birici qrup ehtiyaclar daxili, yəni şəxsi maraq prinsipi mahiyyəti daşıyırsa, ikinci qrup xarici, yəni ümumi təşəbbüskarlıq nəticəsi zəmininə yönəlmiş tələblərdir. Bütün bunları isə özlüyündə cəmiyyətin tam sosial iyerarxiyası müəyyənləşdikdən sonra aydınlaşa bilər. Buna uyğun olaraq, yəni sosial status və rolların tənzimlənməsindən yaranan ictimai ehtiyacları tənzimləyən sistematik formaların təkmilləşməsidir. Siyasi fəallığın sosial əsasları da belə yüksəlişdə inkişafa doğru istiqamətlənəcəkdir.
Qadınların ictimai–siyasi fikri öyrənilməlidirmi? - Respublikada təkmil qanunvericiliyin olması qadınların aktivliyinin yüksəməsinə rəvac vermişdir. Əvvəla, bu, qadınların özlərinin ayrıca təşkilatlarını yaratmaq istəyidir. İkinci, elə problemlər meydana çıxır ki, onlar məhz ictimai məzmunda daha tez həll edilə bilər. Çünki, onlar metod və formalarına görə də bir-birindən fərqlənirlər. Üçüncü də, qeyd edilən məsələlərin həllində bilavasitə təsir göstərmə imkanının gerçəkləşməsidir. Dördüncüsü, ictimai məzmunda çoxsaylı qurumların sosial idarəetmənin ayrı-ayrı sahələrində hər birinin öz subyekti və obyekti vardır. Nəhayət, bütün hökumət və qeyri hökumət təşkilatları dövlətin mövcud qanunları ilə idarə olunur.
Bu gün respublikada rəsmi qeydiyyatdan keçən 200-dək qadın, ailə və uşaq məsələləri üzrə QHT mövcuddur. Çox maraqdı fakdır ki, onların keçirdikləri tədbirlərdə kişilər yaxından iştirak etməklə onları dəstəkləyirlər. Qeyd edək ki, hazırda bu gün qadınların əksəriyyəti yəni çoxluğu təşkil etdiyi bir siyasi qurum yoxdur. Araşdırmalar göstərir ki, bu hal uzun çəkməyəcəkdir. İnsanlıq prinsiplərini, insan hüquqlarını əsas götürən qadın təşkilatları müəyyən xeyriyyəçilik tədbirləri ilə bahəm, artıq sosial-siyasi proseslərin də iştirakçısı kimi özünü aparıcı rolda görmək istəyirlər. XX əsr 90-cı illəri Xalq hərəkatının əvvəllərində «şüşələri sındıran» qadınla bu gün yüksək tribunalardan səsi gələn qadının da təkamülə doğru inkişafı göz önündədir. Lakin bunlarla bərabər, bir sıra barışmazlıq meyylləri yenə meydana çıxmaqdadır: - əvvəla, istisna olunmur ki, getdikcə qadınlarla kişilərin əksəriyyət təşkil etdiyi sahələrdə mövqeyi üst-üstə düşməyə bilər və kişilərin əməli əməkdaşlığa maraq göstərməsi, qadına sosial statusda öz təsirini göstərəcəkdir; ikincisi, ən təhlükəli hal, siyasi oyunlarda əksər vaxt «zəif» cinsin nümayəndələrindən istifadə olunması faktının danılmazlığıdır; nəhayət, üçüncüsü, qadınlar radikal addımlar və çox vaxt «əleyhinə çıxmaq» metodologiyasını əməli dialoqdan, qarşılıqlı əməkdaşlıq siyasətindən üstün tuta bilərlər: Belə ki, vacib sayılan məsələlər bunlardır: siyasi baxışların inkişafı yolu və qadınların cəmiyyətin ictimai-siyasi həyatında yeri; qadınların iqtisadiyyat haqda düşüncələri, bazar münasibətləri və qadın menecmenti; qadınların siyasi liderliyi və qadın elitasının formalaşması; qadınların ictimai rəyi və hakimiyyət institutları; bazar münasibətlərinə keçid zamanı qadınların sosial müdafiəsi və soial zəmanətlər; sosial gərginlik və qadın kütləsi; qadınların elektoral davranışı və seçki kompaniyaları.
Absentizmə, yəni seçkili, nümayəndəli orqanların və vəzifəli şəxslərin seçkiləri zamanı səsvermədən boyun qaçırmalara son qoyulmalıdır. Absentizmə yol verilməsi üçün bir çox ölkələrdə məcburi səsvermə tətbiq edilir: seçkilərdən imtina edənlər cərimə olunur, hətta həbsə alınır.
Ümumiyyətlə, belə bir sual meydana çıxır ki, qadınların ictimai-siyasi fikri öyrənilməlidirmi? Qadın bir fərd kimi müstəqil subyektdir və cəmiyyətdə ictimai-siyasi fikrin əsas daşıyıcılarından biridir. Bu fikri alimlər öz tədqiqatları ilə dəfələrlə sübuta yetirmişlər. Misal üçün göstərmək olar ki, ABŞ, Kanada, Fransa, İngiltərə və s. inkişaf etmiş ölkələrdə cəmiyyətin müxtəlif problemlərində qadınların ictimai-siyasi fikrini öyrənən onlarla xüsusi elmi mərkəzlər, institutlar mövcuddur.
Qadınlar öz ictimai-siyasi fikirlərində siyasətin subyekti kimi çıxış edirlər. Bir ictimai qrup kimi onlar cəmiyyətin həyatına təsir göstərir, həm ümudövlət, həm də spesifik qadın maraqlarını qoruyur, nəticədə isə öz sosial-siyasi statuslarının artmasına nail olurlar. Eyni zamanda. siyasətin ənənəvi obyekti olmaqla, qadınlar onun bütün dəyişikliklərinin nəticələrini öz üzərində hiss edirlər.
Araşdırmalar göstərir ki , qadınlar öz mövqelərini ailə, məişət, istehsalat, mədəni və sosial məsələlərdə və yaxud ictimai-siyasi fikrin mikroobyektiv münasibətlərində daha dəqiq, birmənalı şəkildə təyin edirlər. Siyasi proseslərin və onların gündəlik həyatımıza təsirinin qiymətləndirilməsində qadınlar kişilərdən fərqli olaraq daha mülayim mövqe tuturlar. Nahaq deyilmir ki, «qadınlar sivilizasiyanın – tənzimləyicisi, kişilərsə – qüvvət verənidir». Qadınların ictimai-siyasi rəyi dəyərləndirilməsi istiqaməti daha konstruktiv və pozitivdir. Görünür, qadına xas olan dözümlülük və rəhmdillik kimi xarakterik xüsusiyyətlər özünü belə göstərir:
- qadın ictimai-siyasi rəyi siyasi və iqtisadi proseslərin inqilabi yolla deyil, evolyusiyalı inkişafına üstünlük verir;
- qadınınn əzəl maraqları - sosial tələblər: ailənin qorunması, uşaqlar və yaşlılara həmiçilik və qayğı, yaşamaq hüququna real təminat, sabahkı həyata ümid, sosial sabitlik və ictimai sakitlik marağıdır;
- sonra isə mənafe və mövqe məsələləri və hakimiyyətdə təmsil olunmaqdır;
- qanunverici orqanlarda say nisbətini tarazlaşdırmaq;
- nəhayət, siyasi kluarlarda önəmli yer tutmaq.
Qadının öz zərif adını çətin mərhumiyyətlərdən sərtləşdirib siyasətləşdirəndə də güclü cinsin, etiraf edək ki, şəxsi deyil, artıq cəmiyyətdə rəqib kimi qısqanclığına məruz qalacağı da xarakterik tərzdir. Bir genderşünas olaraq siyasi sosioloji tədqiqat yönümündən, biz bütün hallarda bərabərhüquqluluq prinspipin əsas məqsəd kimi təlqin etmək istəyirik. İstər-istəməz qəbul olunmalıdır ki, bu gün qadınlar da real potensial imkanlara, hadisələrə müdaxilə etmək bacarığına, problemləri təmkinlə, daha soyuq başla həll etmək imkanlarına malikdirlər. Bununla güclü tərəfin xüsusiyyətlərini təkzib etməkdən uzağıq, onu mənfiləşdirmək xülyasında deyilik. Etiraf edilməlidir ki, qadın sanki, qeyd edildiyi kimi, əks cinsin masa arxasında şəninə şer deyiləndə yada düşür, ya da iki və ya daha çox kişinin toplandığı zaman onların qarşılıqlı mübahisəsində "Obyekt” olaraq, aşkarlıqda isə, şəxsiləşəndə «mənimkinin siyasətdə nə işi var» hökmü önə keçir, öncül, siyasi cəhətdən aktivləşən qadınsa, beləliklə, siyasi passivlik mövqeyini üstün tutur, ictimai proseslərdə fəallaşır. Bunun yaxşı-pis hal olmadığının əsas məsələ yox, məhz gender assimetriyası olduğunun göstəricisidir.
İctimai qurumlarda əksərəiyyəti qadınlar, siyasilərdə isə kişilər təşkil edirlərsə, bu assimetrik yerləşmə cəmiyyətdəki problemlərin həllinə öz təsirini göstərirmi? Həqiqətdə belədir: kişidir – küçədə dilənə bilməz, amma qadına olar; kişidir – önə vermək yaramaz, qadındır, yəqin çəkinərlər, keçsin hadisənin önünə; kişidir – ağır olmalıdır, qadındır – sən danış və s. və s. Bütün bu ehtiva olunan və olunmayanlar yaşanan həyatımızın reallığı, gerçəkliyidir. Belə olan tərzdə yenə sual doğur: Bəs onda niyə birinçilik iddiası, öncüllük qadın üçün ikinciləşir?…Açıq sualdır, cavabı isə hər fərdin öz düşüncə anlamı ilə ölçülür, psixoloji yanaşma baxımından da şərhsizdir. Səbəb həyat tərzinin artıq «hər cins özü bilər» formulasında özünə yer tutmasıdır.
Burada fikirlərimizi Hüseyn Cavidin «Qadın, ah necə yüksəkdir, adın Sənin!» önəmli misrası ilə təsdiq edib, alman H. Heynenin bir kəlamını yada salmaq istərdik: «Dünyanı Qadınlar idarə edir, rəhbərliyi isə Kişilər». Hüseyn Cavid deyən yüksək qadın adını simvollaşdırıb, öncülləşdirmək, dərk olunma prinsiplərinə riayət zərurətdir. «Qeybət» problemlərinin həllinin məğzi, bərabərhüquqluluq çərçivəsində təsbitinin reallaşmasıdır.
P.S. Mövzunun adının son yekunu:
Ölkə çox mühüm bir Siyasi Hadisə qarşısındadır. Ölkədə aktiv bir seçki mədəniyyəti formalaşmışdır. Bəzən də KİV-lərdə, sosial şəbəkələrdə internetdə seçki "qeybəti masaları” qurulur: Toylarda, Yaslarda, Çayxanalarda, Bulvar- Bağ gəzintilərində, BAZARLARDA...
VƏ... KİV, Sosial şəbəkə, Saytlar, Feysbook və s. İKT vasitələri Qarabağ- Erməni Savaşında vətənpərvərlik əvəzinə Seks simvolların fotoları ilə yarışa girib, Seks «fontanı» BUMA çevrilib, Seks məfhumu artıq bütün yazıların önünə keçib, reklamda «seksdir»…Sensasiyalı, "zorlanma” mövzusunda...
Gey, Mavi artıq nümunə kimi Reklam bazarında çox «Baha»laşıb.
Bu "Qeybətlər” içində Obyekt yenə Qadınlar, söz –söhbət yenə «ana-bacı-qız» Tənəsi… Və hesab etdim ki, qadın və siyasət probleminə bir də nəzər yetirək…
P.S.S. Və bir mötəbər məcbicdə etdiyim xahişi bir də edirəm: Cənab Redaktorlar, QADIN – Qız həyatlarını sensasiya kimi reklam etməyin, RİCA EDİRƏM, Baçlıqlarıda "Azyaşlı qıza zorakılıq etdilər”. yox, həmin hadisəni törədən Adını "Güclü cins” qoyan filankəsin qeyri etik və yaxud Qeyrətdən uzaq hərəkəti kimi yazılması daha məqbul deyilmi?!
P.S.S.S. CƏNABLAR! XXI əsr Qadın Əsri, Qadın Rəhbərliyi dövrüdür,..
Qadınlar TƏNƏ yox, Gender mədəniyyəti masasında qarşılıqlı Hörmət, Tərəfdaşlıq, Əməkdaşlıq statusu kollegiyalığı təklifindədir… Hələ ki...
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir