Jurnalist qəzaya düşdü, xəsarət alan var - Açıqlama

img

21-09-2015 [15:05]


Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Şəki-Bakı yolunda avtomobil qəzasına uğrayıb.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, qarşıdan gələn "VAZ2107” markalı avtomobil Sevil Yusifovanın da içərisində olduğu "Hundai” markalı maşının yoluna çıxaraq qəza törədib: "Avtomobilə ciddi ziyan dəyib, sürücü və sərnişinlər isə yüngül xəsarət alıblar".

Sevil Yusifovanın vəkili Səməd Vəkilov bildirib ki, hadisə yerinə DYP əməkdaşları baş çəkiblər. Araşdırma aparılır.   

Məlumatda bildirilir ki, Sevil Yusifova rəhbəri olduğu təşkilatın fəaliyyəti ilə əlaqədar rayondakı qurumlarla görüşdən sonra Bakıya qayıdırmış. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA