Prezident xəstələndi - Ərdoğanın bu ölkəyə səfəri təxirə salındı (AÇIQLAMA)

img

16-02-2026 [00:03]


Türkiyə prezidenti Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri təxirə salınıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkədənin Prezident Aparatının Kommunikasiya İdarəsi  açıqlama yayıb.

Bildirilir ki, bugünki səfərin təxirə salınmasıyla bağlı Prezident Ərdoğan BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefonla danışıb: "Ərdoğan telefon söhbətində Əl Nəhyanın səhhətindəki yaranan problemdən narahatlığını ifadə edib, ona təcili şəfa diləyib".

Bldirilib ki, Ərdoğanın BƏƏ-yə səfəri ən uyğun vaxtda gerçəkləşəcək.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyaya səfərləri ilə bağlı dəyişiklik olub. Ərdoğanın BƏƏ-yə səfəri qeyri-müəyəyn müddətə təxirə salınıb.

Samir MUSAYEV

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA