"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)

img

15-02-2026 [16:45]


Misli Premyer liqasının 20-ci turu çərçivəsində bu gün Yevlaxda "Kəpəz" "Neftçi"ni qəbul edib.

Mia.az xəbər verir ki, oyunun 1-ci hissəsində Bakı klubu ev sahibinin qapısına 3 qol vurub.

Qolların müəllifi 9 nömrəli oyunçu Bassala Sambu və 9 nömrəli oyunçu və "Neftçi"nin kapitanı Emin Mahmudovdu.

Yeri gəlmişkən, B.Sambu dubl edib.

Qonaqlar da birinci hissədə penaltıdən 1 qola imza atıblar. Penalti zərbəsini "Kəpəz"in gənc oyunçusu Rauf Hüseynli dəqiq yerinə yetirib - 1:3. 

Oyunn bu hesabla başa çatıb.

Xatırladaq ki, "Kəpəz" ev oyunlarını müvəqqəti olaraq Yevlaxda keçirir.

Qonaqların fan klubu "Forza Neftçi" isə Yevlax stadionunda doğma klubunu qurşağadək soyunaraq dəstəkləyib. Hazırda Yevlaxda 19 dərəcə isti var.

Zülfiyyə Mustafayeva 
Mia.az
Yevlax


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA