Əflatun Amaşov deputatlığa namizəd olacaq

img

16-09-2015 [15:14]


Mətbuat Şurasının sədri Əflatun Amaşov parlament seçkilərində deputatlığa namizədliyini verəcək. 

O, Modern.az-a açıqlamasında bu barədə düşündüyünü deyib. Onun fikrincə, Milli Məclisdə jurnalistika sahəsindən nə qədər çox deputat olarsa, mətbuatın, medianın indiki durumu, hansısa işlərin görülməsi, problemlərin daha asan həll edilməsi baxımından qərarların verilməsi mümkün ola bilər, addımlar atıla bilər: "Bu baxımdan, parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm”.

Əflatun Amaşov hansı seçki dairəsindən deputatlığa namizəd olacağını isə hələ dəqiqləşdirməyib: "Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA