KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."

img

14-02-2026 [19:27]


"Dünən Praqadan Bakıya qayıdarkən enişə yaxın özümü SOCAR neftçilərini Dərin Dəniz Özüllərinə aparan helikopterdəki kimi hiss elədim. Ta bilmədim səbəb ekipajın elan etdiyi kimi, təyyarənin turbulent zonaya daxil olması, yoxsa AZAL-ın Heston Airlines şirkətindən icarəyə götürdüyü təyyarə ekipajının təcrübəsi idi...".

Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.  

O, daha sonra AZAL rəsmi dilimizi pozmaqda ittiham edib:

MİRVARİ QƏHRƏMANLI

"AZAL - Azerbaijan Airlines, eniş-qalxma zamanı təyyarə kapitanının adından Azərbaycan dilində sərnişinlərə edilən müraciətdəki (əvvəlcədən yazılmış səs yazısında) "oturacaqları şaquli vəziyyətə gətirin" çağırışına düzəliş edin. Təyyarədəki oturacaqlar, elə həmişə şaqulidir, onu şaquli vəziyyətə gətirməyə ehitiyac yoxdur. Düymələr, ümumiyyətlə, yox idi! Sərnişinlər bütün yolu elə şaquli vəziyyətdə oturmuşdu"

Komitə sədri daha sonra belə bir sual səsləndirib: "Sual: İndi ölkədə "imtahan -ixtisar xəstəliyi sürətlə yayilir. AZAL - Azerbaijan Airlines, bu xəstəlik sizdə də tədbiq olunmayıb ki?

Şaquli oturduğum oturacaqdan elə hey boylanıb azərbaycanlı işçilər axtardım, tapmadım".

F.ƏHMƏD

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA