İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var

img

16-02-2026 [08:49]


İsrail ötən axşam Livan-Suriya sərhədinə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, İsrail Məsnaa Sərhəd Keçid Məntəqəsi ilə Livan və Suriya arasındakı Cədidat Yabus ərazisində hərəkətdə olan maşını PUA ilə vurub: "Mülki Müdafiə sərhəddə vurulan nəqliyyat vasitəsinə zərbədən sonra çıxan yanğına müdaxilə etsə də, içindəkiləri xials etmək olmayıb. Hadisə yeriində dörd nəfərin yanmış cəsədi tapılıb".

Məlumatda deylir ki, əraziyə yaxın kəndlərdə də eyni anda dörd güclü partlayış səsi eşidilib.

Hücumla bağlı rəsmi orqanlar hələlik açıqlama verməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA