Tanınmış teleaparıcı “Beş barmaq”da sirrini açdı

img

18-09-2015 [13:54]


ANS-də yayımlanan "Beş barmaq” tok-şousunda maraqlı etiraf eşidilib. Belə ki, bu kanalın "Şəbəkə” verlişinin aparıcısı Rahil Sayadoğlu sosial şəbəkələrlə bağlı danışarkən evlənəcəyinə işarə edib.
Modern.az-ın məlumatına görə, aparıcı bildirib: "Sosial şəbəkələrdən hər yöndə istifadə edənlər var. Adam var ki, vaxtını öldürməkçün ordan istifadə edir. Sosial şəbəkələrdə tanış olub ailə quranlar da var. Hamımız bilirik bunu. Ola bilsin, onların sağ əli mənim başıma olsun, mən də məhz sosial şəbəkələrdən tanış olduğum qızla evlənim".
Xatırladaq ki, "Beş barmaq” tok-şousu hər gün saat 19-00-da ANS-dən yayımlanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA