Məhkəmə Cavidlə bağlı qərar verdi - Jurnalistın öldürülməsi işindən yeni xəbər

img

27-08-2015 [13:31]


Bu gün Səbail rayon Məhkəməsində həbsdə olan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov məhkəmənin vəsatəti təmin etmədiyini bildirib. O, gün ərzində bu qərarla bağlı apellyasiya məhkəməsinə şikayət edəcəklərini deyib.

Hakim Elşad Şamıyevin sədrliyi ilə keçən məhkəmədə çıxış edən Cavid Hüseynov özünü bu iş üzrə təqsirli bilmədiyini deyib. 

Avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307-ci maddəsinin 1 və 2 bəndləri ilə (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ittiham elan olunub. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib(ANS).

Digər xəbərlər
SON XƏBƏRLƏR