“Lukoil” SOCAR-a 1,5 milyard dollar kredit ayıracaq
06-10-2023 [10:57]
Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1,5 milyard ABŞ dolları məbləğində kredit ayıracaq.
Məlumata görə, bundan başqa, Lukoil” SOCAR-ın Türkiyədəki yatırımı olan STAR neft emalı zavoduna Rusiya xam neftini tədarük etməyə başlayacaq.
Hazırda zavodun emal gücü gündəlik 200 min barel neft təşkil edir.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropadakı neft emalı zavodları Rusiya xam neftinin idxalını dayandırıb. Bu müqavilə sayəsində “Lukoil” Rusiya limanları yaxınlığında daha bir müştəri qazanacaq. Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Türkiyə Rusiya nefti və təbii qazını ixrac etməyə davam edir.
Lakin bu yay aylarında STAR neft emalı zavodu Rusiya ilə ticarətdə beynəlxalq maliyyə məhdudiyyətlərindən yaranan çətinliklər səbəbindən Rusiya xam neftinin idxalını dayandırıb və onu Qazaxıstanın KEBCO nefti ilə əvəz edib. 2022-ci ildə gündəlik orta hesabla 100 min barel “Urals” nefti alan STAR neft emalı zavodu bu il gündəlik orta hesabla 50 min bareldən az Rusiya nefti əldə edib.
Yeni sazişə görə, “Lukoil” oktyabr ayından STAR neft emalı zavodunu gündəlik təxminən 100 min barel “Urals” nefti ilə təchiz etməyə başlayacaq. Bu, STAR neft emalı zavodunun emal gücünün yarısını təşkil edir. Artıq Rusiya şirkətinin tədarük etdiyi “Azure Celeste”, “Ocean Faye” və “Sea Fidelity” adlı üç neft tankeri sentyabrın sonu – oktyabrın əvvəlində 100 min ton “Urals” nefti yüklədikdən sonra Primorskdan Türkiyəyə yola düşüb. Bu tankerlərin yeni təchizat müqaviləsi çərçivəsində ilk tədarüklər olduğunu bildirilir(Report).
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI: O tarixi imtahandan keçə bilmədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda