Jurnalist "Lukoil"in vitse-prezidentini soyub?! - Bakıda ilginc olay

img

07-08-2015 [21:54]


Xəbər verdiyimiz kimi, bu gün Abşeron otelinda baş tutan tədbir zamanı jurnalistlərdən biri "Luk Oil” şirkətinin vitse - prezidentinə məxsus olan suveniri oğurlayıb. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verərək baş vermiş hadisəyə münasibət bildirib:

"Oğurluq hadisəsini kimin törətməsindən aslı olmayaraq, bunu edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Əgər həqiqətən də orada oğurluq baş veribsə, bu, araşdırılmalıdır. Abşeron otelində kameralar imkan verir ki, müşahidələr aparılsın. Əlbəttə ki, əgər hadisə baş veribsə və bunu jurnalist törədibsə, bu, çox təəssüfləndirici haldır. Jurnalistin işi getdiyi məkanlarda, tədbirlərdə  informasiya alıb, onu cəmiyyətə çatdırmaqdan ibarətdir”(Moderator).


Digər xəbərlər
SON XƏBƏRLƏR