Polisin saxladığı jurnalistlər buraxılıblar

img

07-08-2015 [20:54]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılmış jurnalist Orxan Rüstəmzadə iki saat sonra Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsindən sərbəst buraxılıb.

O.Rüstəmzadə "Turan"a bildirib ki, onu məhkəmə binasının yaxınlığındakı binanın damından çəkiliş aparmaq istəyərkən saxlayıblar. Bölmədə onunla nəzakətli danışıblar, amma gələcəkdə belə bir halın təkrarlanmasının yolverilməz olduğu barədə xəbərdarlıq ediblər.

Bir müddət əvvəl isə Rüstəmzadənin həmkarları - yoldaşlarının taleyi ilə maraqlanmaq üçün 22-ci polis şöbəsinə getmiş, amma özləri də saxlanılmış reportyorlar Şirin Abbasov və Rəvan Seyfullayev sərbəst buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA