06-08-2015 [18:18]
Əflatun AMAŞOV
Neçə müddətdir, baş verənləri müşahidə edir, yazılanları diqqətlə oxuyuram. Kimlərsə durumumu susqunluq kimi qələmə verə bilər. İndi oxuyacaqlarınız da sükutu pozmaq anlamı daşımır. Nə də söyləyəcəklərim birinin təfəkkürünün mücərrəd guşəsində bəslədiyi natamamlığın primitiv ifadə tərzinə, digərinin bu natamamlığın nümayişinə rəvac verən yarımçıqlıqlığına etirazdır. Bu yazı sadəcə təəssüfdür və düşünürəm ki, hər kəs öz payını götürəcək.
Azərbaycan Mətbuat Şurası 12 ildir fəaliyyət göstərir. Qurum Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb və onun tərkibi qurultaylarda yenilənir. Yəni, Şura Azərbaycan jurnalistlərinin seçimidir. Məsələnin prinsipial tərəfi belədir. Ancaq bunun üzərində dayanıb qurultay seçimlərinin mütləqliyini vurğulamaq istəmirəm. Əvvəla, mütləq olandan təkrarən danışmaq əbəsdir. İkincisi, kimlərinsə Mətbuat Şurasının İdarə Heyətində təmsilçilik üçün apardığı işləri gözdən salmağın tərəfdarı deyiləm. Ortada seçki varsa, demək ki, rəqabət aparan qruplar da var. Bu mənada Azərbaycan mediası ilə bağlı yeniliklərə imza atmaq istəyən hər kəsin mövcud rəqabətdə özünü sınamaq şansı olub. Təbii, burada nüfuz göstəricisi də önəmlidir. Birbaşa nüfuzu hesabına Şuranın İdarə Heyətində təmsil olunanlar var və hazırda Azərbaycan mediası deyiləndə böyük ölçüdə məhz onlar yada düşür. Kimsə bu adamları qəbul etməyə bilər. Müxaliflik jurnalistikanın ruhundan gəlir. Ancaq fərqli düşünənlərin də ortaya fərqli nə isə qoymaları şərtdir. Yalnız aşağılayıcı tərzdə dillənmək keçərli deyil.
Mətbuat Şurası doğruları və yanlışları ilə media cameəsinin məhsuludur. Şuranı bu məkandan kənarda təsəvvür etmək mümkünsüzdür. Bizim indiyədək heç nə etmədiyimiz görüntüsünü yaradanlar birmənalı şəkildə yanılırlar. Üzərimizə düşən işlərin hamısının öhdəsindən gəldiyimizi də idda edə bilmərəm. Qəti şəkildə onu deyə bilərəm ki, Şura media müstəvisində baş verən proseslərin mərkəzində dayanmağı bacarıb. Qurumun missiyası geniş ictimaiyyət içərisində müsbət qarşılanıb. Cəmiyyətin ayrı-ayrı təbəqələri qurumun fəaliyyətindən fayda götürüb. Üstəlik Mətbuat Şurasının timsalında Azərbaycan jurnalistləri öz fikir və düşüncələrini, problem və çətinliklərini müvafiq dairələrə çatdırmaq üçün tribuna əldə ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli mətbuatımızın 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdəki çıxışında məhz bunları nəzərə aldı. Dövlət başçısının çıxışı Şuranın timsalında bütövlükdə Azərbaycan mediasına olan inam və etimad, ali səviyyəli qiymət idi. Görünür, bu etimadı sarsıtmaq, reallıqları görmək istəməyənlər var. Onların kimlərisə öz oyunlarının elementinə çevirməklə nə qazanacaqları məlum deyil. Onsuz da Mətbuat Şurası və onun sədri hər zaman tənqidə dözümlüdür. Bizə ünvanlanmış tənqid niyyət saflığından qaynaqlanırsa, hansısa digər məqsədlərin gerçəkləşməsinə hesablanmayıbsa, səslənməsi ancaq xeyrimizədir. Bəzən açıq tekstlə hansısa məsələyə münasibət bildirmişik və hesab edirik ki, reaksiyamız ümumən cəmiyyətin inkişafına dəstək baxımından vacibdir. Hətta bir çox məsələlərə münasibətdə susqunğulumuz da faydasını verib.
Ancaq doğru-dürüst tənqidi fikri susmaqla qarşılamamışıq. Yaxşı yadımdadır ki, bir neçə il öncə jurnalist Azər Rəşidoğlu barəmdə tənqidi material qələmə almışdı. Ona yazılı cavabım olmuşdu. Təfərrüratlara varmaq istəməzdim, təkcə onu deyim ki, Azər nəyi necə deməsindən asılı olmayaraq jurnalistdir. Əlbəttə, hərənin özünü haqlı bildiyi məqamlar da istisna deyil. Haqq olanı qəbul etməyin özü böyüklükdür. Təəssüf ki, son zamanlar Mətbuat Şurası barədə yazılanları böyük ölçüdə haqlı sayılacaq hadisə kimi dəyərləndirmək mümkünsüzdür.
Çevrəmizdə öz yazdığından başqa nəyisə oxumayanlar, başlarını qaldırıb ətrafı görmək istəməyənlər, özlərini intellektual kəsim sayıb həqarət yağdıranlar az deyil. Belələrinin mənasız ittahamlarının üzərində dayanmağı, adlarını çəkib şərəfləndirməyi lüzumsuz saymışam. Amma heç birinə qarşı antipatiyam olmayıb. Bilənlər bilir ki, barəmdə tənqid qələmə alanlar, hətta aşağılayıcı tonda dillənənlər belə nə vaxtsa qapımı döyəndə üzümü çevirməmişəm. Ancaq onu da prinsipal şəkildə düşünmüşəm ki, hər kəs peşə zirvəsinin yüksəkliklərinə doğru yalnız fəaliyyəti, əxlaqı, insani keyfiyyətləri ilə qalxır. Bu yüksəklik yazdığı cazma-qaraya müdrik görkəmli şəkil yerləşdirməklə başa gələn hadisə deyil. Gərək mahiyyət olsun. Yazdığın bütövlükdə qəbul edilsin. Düşündüklərinə, doğru bildiklərinə qərəz dolu kin-küdurət qatıb xal qazanmağa çalışmayasan. İndi tutalım, qəhrəmansan, bəs sabah? Məncə, peşəkarlıq da elə bunu düşünməkdədir. Peşəkarlıq Azərbaycan mediası adına fayda gətirəcək cəhətləri görməkdədir. Bu gün Azərbaycan Mətbuat Şurasının sədrinin iş otağı hamının asanlıqla qapısını açıb sözünü deyə biləcəyi qərargahdırsa, bu qərargahı çirkaba bulaşdırmaq cəhdi nəyə gərəkdir?
Mətbuat Şurası mərkəzdədirsə, tənqid olunmalıdır. Quruma münasibətdə müəyyən ittihamların səslənməsinə öyrəşikliyəm. Bir qayda olaraq milli mətbuatın yubileylərindən öncə və sonra ittihamlar artır. Çünki hamı özünü yüksəkdə görür, hesab edir ki, fəxri adlara, təltiflərə layiq olan özüdür. Hər kəsin haradək jurnalist olduğunu gözəl bilirəm. Digər tərəfdən, ətrafımızdakıların hansı nöqtəyədək bizimlə olduqlarından xəbərim var. Bu gün pafoslu, ibarəli cümlələr quran, özünü yüksək tutub kimlərəsə rişxənd edənlərin də xislətinə bələdçiliyim az deyil…
Sonda bir daha sükut barədə. Azərbaycanda sükut 17 il əvvəlin bu günündə pozuldu. Söhbət 1998-ci ilin 6 avqust tarixli fərmanı ilə senzuranın ləğvindən gedir. Bəli, azad fikirlərin səsləndiyi bir ölkədə yaşayırıq. Bu münasibətlə yazdıqları təəssüf doğurmayan, YARADICILIĞI ilə sükutu pozmağa layiq olan hər kəsi təbrik edirəm.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi