Beynəlxalq Bankdan daha bir istefa - Jurnalist yeni vəzifə aldı

img

28-07-2015 [11:14]


Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.

Bu barədə "APA-Economics”ə R.Ağayev məlumat verib.

R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb. 

Beynəlxalq Bankın mətbuat katibi istefa verdi

Mia.az onu da bildirir ki, Rauf Ağayev mətbuat katibi olmaqla yanaşı, Cahangir Hacıyev tərəfindən eyni zamanda, 2012-ci ildə "Bank Technique” ASC-də də vəzifəylə təmin olunmuşdu.

Son yayılan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu, "Kapitalbank"da mətbuat xidmətinin rəhbəri olan tanınmış jurnalist Yadigar Cəfərlidir.

Yadigar Cəfərli jurnalistikada əsasən "Şərq" qəzetində parlayıb.

yadigar.jpg

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR