Beyləqanlıları kim təhqir edib? - Rayon sakinləri etiraz edir

img

05-08-2015 [14:47]


Son günlər Azərbaycan mətbuatında əxlaqi dəyərləri və peşəkarlığı ayaq altına atan "yeni nəsil "jurnalistlər"i" peyda olublar. Çox təəssüf ki, bu tipli «jurnalist»lərin sayı da durmadan artır... 

Sözün düzü, bu günlərdə "saytlar"ın birində Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında bir neçə yazı oxuduqdan sonra «mətbuat»ın haralardan haralara qədər «yol keçdiyinə» şaşırdım. Çünki məmurları və icra başçılarını açıq şəkildə məişət pozğunluğunda, özü də heç bir əsas olmadan ittiham etmək, onları təhqir etmək, onlarla bərabər bütöv bir rayonunu aşağılamağı, heç hər halda jurnalistika ilə əlaqələndirmək doğru olmaz. Və yəqin ki, bu məslədə bizimlə özünə hörmət edən bütün jurnalistlər razılaşar. 

Bir qayda olaraq, mətbuatın məmurlar haqqında yazmasını qınamağın tərəfdarı deyiləm. Tənqid, çatışmayan halların, nöqsanların hər zaman qabardılması vacibdir, mütləqdir. Hesab edirəm ki, məmurlar haqqında dərc olunan yazılar Azərbaycanda məmur özbaşınalıqlarının qarşısını alan əsas faktordur. Ancaq mütləqdir ki, yazılanlar əxlaqi dəyərlər çərçivəsində və fakta söykənsin. Ancaq çox təəssüf ki, jurnalistikayə hardan gəldiyi bəlli olmayan adamlar hər kəsin, hətta bütöv bir rayonun qüruruna, onun insanlarının əxlaqına, öz şəxsi maraqları naminə yanaşır və sözsüz ki, bu da haqlı qəzəb doğurmaya bilməz... 

Bəli, bu günlərdə bir saytda dərc olunan yazılarda məhz Beyləqan rayonunda yaşayan insanların mənəvi dəyərləri təhqir olunub. Yazıda açıq şəkildə göstərilir ki, Beyləqanın icra başçısı rayondakı bütün qız-gəlinə xor gözlə baxır və bunu beyləqanlılardan gizlətmir və onların həm qadınlarını, həm də özlərini aşağılayır. Hər kəs razılaşar ki, adını çəkmək istəmədiyim həmin sayt bu ifadələrlə təkcə Vaqif Abdullayevi deyil, həmçinin bütün beyləqanlılıarı təhqir edib. Bu jurnalistika deyil, ola da bilməz. Bunun adı təxribatdır, bunun adı şərlatanlıqdır... 

Mən özüm də Beyləqan rayonundan olduğuma görə, bu təhqirə cavab verməyi özümə borc bildim. Vaqif Abdullayev ona qarşı olunan təhqiramiz ifadələrə görə hansı addımı atırsa, atısın, hesab edirəm ki, həmin saytın rəhbərliyi Beyləqan camaatından üzr istəmələdir. Eyni zamanda, elə Beyləqanda yaşayan öz qohumlarından üzr istəməyə borcludur. Hər halda, yuxarıdakı ifadələrlə sayt rəhbərinin beyləqanda yaşayan qohumlarının da təhqir olunduğu qənaətindəyəm...

Tural ASLANLI

Digər xəbərlər
SON XƏBƏRLƏR