Türkiyə səfirinin müşaviri təbrik məktubu yaydı

img

21-07-2015 [15:36]


Türkiyə Səfirliyinin Mətbuat Müşaviri Hamit KARADENİZ  tərəfindən Mia.az-a Milli Mətbuatın 140 illiyi ilə bağlı təbrik məktubu göndərilib.

Məktubda deyilir:

"Sabah, Azbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur.

Təməli 1875-ci il iyulun 22-də "Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bu 140 ildə çətin və şərəfli bir yol keçib. 

Yarandığı gündən etibarən üzərinə götürdüyü tarixi missiyanı ləyaqətlə yerinə yetirən Azərbaycan mətbuatı, xalqın içtimai-siyasi fikrinin formalaşması, milli və dövlətçilik ənənələrinin təbliği istiqamətində böyük işlər görüb.

Xüsusilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətindəki uğurlu fəaliyəti ölkələrimiz arasındakı tarixi bağları daha da möhkəmləndirib.

Milli Mətbuat Günü münasibəti ilə bütün medya mənsublarını təbrik edir və peşə fəaliyətlərində uğurlar arzulayıram...".

Redaksiyadan: Yeri gəlmişkən, saytın poçtuna rəsmi təbrik göndərən bütün dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərlərinə, siyasi partiya liderlərinə təşəkkür edirik!                                                                                             

Digər xəbərlər
SON XƏBƏRLƏR