Dövlət xidməti daha 72 əmlakı hərraca çıxarıb

img

29-08-2023 [15:19]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 19-də və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.

Mia.az xəbər verir ki, hərraclara ümumilikdə 72 dövlət əmlakı çıxarılacaq.

Belə ki, sentyabrın 12-də baş tutacaq hərracda 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil təqdim ediləcək. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.

Sentyabrın 26-da keçiriləcək hərracda isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA