Nazirlik YAP-dan ofis icarəyə götürüb

img

16-02-2026 [12:24]


Ədliyyə Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Ucar rayon təşkilatı ilə satınalma müqaviləsi imzalayıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müqavilədə Ucar rayon qeydiyyat şöbəsi üçün Ucar rayonu, N.Nərimanov küçəsi 89 ünvanında yerləşən ümumi sahəsi 319 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 6000 manatdır. İcarə müddəti haqqında heç bir məlumat yoxdur. Satılama proseduru birmənbə metodu ilə keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA