19-04-2015 [23:15]
Bu suala əhatəli cavab tapmaq istəyiriksə, ərinmədən, bir-bir, çoxlu səbəblər sadalamalıyıq. Lap məşhur əhvalatda olduğu kimi. Topların atmamasının qırxəsəbəbi var. Səbəblərdən biri də odur ki, barıt yoxdur.
"Azərbaycanda niyə messenatlar yoxdur",- sualına cavab vermək üçün bütün səbəbləri sadalasaq, uzun bir dastan yazmalı olarıq. Amsma uzun dastan yazmağa həvəs yoxdur. Heç oxucular da uzun-uzadı dastan oxumaqda həvəsli deyillər. Ən yaxşısı, ən optimalı iki vacib səbəbi yazmaqdı.
Birinci səbəb. Hər kəsə bəllidir ki, ölkədə normal rəqabət mühiti mövcud deyil. Hər şey inhisara alınıb. Hər şeyəinhisara alındığı üçün, adamlar öz qabiliyyətlərini tam olaraq ortaya qoya bilmirlər.
Bircə faktı qeyd edək ki,əvəziyyət tam aydın olsun. Ölkədə milyonlara sahib olan nə qədər adam var. Lakin bu adamlardan biri qalxıb deyə bilməz ki, mən milyonçuyam. Tutaq ki, limonad satıb milyonçu olmuşam, ya da çaxır satıb milyonlar qazanmışam.
Belə bir vəziyyətdəə"azadlıq" sözü qara kabusa çevrilib. Xeyli insan ölkədən qaçıb. Yerdə qalanları da ehtiyatlı tərpənməyə məhkumdur.
Sənət də inhisara alınıb. İş adamları sənətə və sənətkara himayədarlıqəetməyə qorxurlar. Bilirlər ki, sənət və sənətkar da nəzarətdədir. Buraxılan bir səhv onlara baha başa gələ bilər. Bir balaca ayıq adamlar bunu anlayırlar.
İş adamları da müxtəlif növlərə bölünürlər. Sənətdən qətiyyən xəbəri olmayanlar sənətkarın, elmin, ədəbiyyatın, teatrın nə olduğunu bilməyənlər çoxluq təşkil edir. Əllərində kifayət qədər maddi resurs-lar olan bu adamlar uzaqbaşı ya hansısa müğənniyə sponsorluq edəcəklər, ya da rəqqasələrə. Məclis-lərdə vətəndən, millətdən, xalqdan sağlıqlar deməyi sevənəbu adamlar, vətən, millət, xalq yolunda beş qəpiklərindən də keçmirlər.
Üç-dörd il əvvəl bir layihəyə görəəxeyli iş adamı ilə görüşdüm. Daha doğrusu, bir nəfər görüşürdü. Çünki o, həmin layihəyə rəhbərlik edirdi, mən də görüşlərdə iştirak edirdim. Görüşdüyümüz adamların arasında restoran və istirahət mərkəzlərinin, müxtəlif sexlərin, tikinti şirkətlərinin sahibləri də var idi.
Bu görüşlər mənə ölkədəki vəziyyəti başqa bir tərəfdən də görməyə şərait yaratdı. Bu adamların səviyyəsi, davranışları adamı dəhşətə gətirirdi. Onların arasında elələri var idi ki, heç əməlli-başlı danışa bilmirdi. Sadəcə, necə olubsa, hansısa bir xətlə ona şərait yaradıblar. Belə adamların sənətə himayədarlıq edəcəyini gözləmək dəlilikdir. Onlar sənətə düşmən kimi baxırlar. Onlara sənətin, mədəniyyətin vacibli-yi haqqında heç nə başa salmaq mümkün deyil. Onların öz söhbətləri, öz aləmləri, öz maraqlarıəvar. Onları görəndən sonra zövqsüzlüyün və bayağılığın haradan qaynaqlandığını başa düşdüm. Bu adamlar öz maddi resursları hesabına zövqsüzlüyün və bayağılığın yayılmasında müstəsna rol oynayırlar. Onlar-öz səviyyəsizliklərinin fərqində deyillər. Bu səviyyəsizliyi ətrafa yaymağı da bacarırlar. Öz zövqsüzlüklərini ətrafdakılara da ötürürlər. Çünki əllərində maddi resurslar var. Özlərini şəxsiyyət hesab edirlər. Başqaları da maddi resursa boyun əyərək, onları şəxsiyyət kimi qəbul edir. Beləcə, bayağılıq və zövqüsüzlük virus kimi bütöv bir tayfanın, kəndin, qəsəbənin, idarənin, şirkətin "canına" yayılır.
Başqa növ iş adamları da var. Sayları xeyliəazdır. Onlar yuxarıda təsvir olunanlarla müqayisədə bir çox cəhətdən daha hörmətə layiqdirlər. Qeyri-rəsmi atmosferdə mədəniyyətin bu günə düşməsinə ürəklərinin ağrıdığını dilə gətirirlər. Bayağılıqdan, zövqüsüzlükdən şikayətlənirlər. Onlar, guya sənətə himayədarlıq etmək istəyirlər, amma buna imkan yoxdur. Belə adamlarla da görüşlərim olub.
Bir il öncə bir layihə ilə bağlı banklardan birinin rəhbərinə müraciət etdik. Sağ olsun, bizi yaxşı qarşıladı. Mərifətlə qulaq asdı. Danışığından kifayət qədər bazaya malik olduğu da hiss edildi. Danışdı, danışdı, axırda da dedi ki, çox istəyərdi bu layihəyə dəstək versin, ancaq mümkün deyil. Ona problem yarada bilərlər.
Əlbəttə, heç kim mövcud şərtlərdən xəbərsiz deyil. Sadəcə, bəzən insanlar vəziyyəti bəhanə gətirib məsuliyyətdən yayınırlar. "Sistem günakardır",- deyib, bütün laqeydliklərinə haqq qazandırırlar.
Başa düşdük, sistem günahkardır. Başa düşdük, sistemdən, dövlətin sənətə və sənətkara münasibətindən çox şey asılıdır. Bəli, yuxarılar sənətə yardım etməyi təbliğ etsələr, aşağıya doğru xeyli adam bu təbliğata səs vərəcək. İstədi, istəmədi. Ürəyindən keçdi, keçmədi. Ən azı yuxarılara yarınmaq üçün. Bu-nu anlamaqdayıq.
Bir daha təkrar edək, yuxarılardan çox şey asılıdır.əLakin daha "sistem günahkardır",- deyib, bunu əldə silaha çevirmək lazım deyil.
"Sistem günahkardır",- sözündən adamlar öz xeyirlərinə istifadə etməyə başlayıblar. "Sistem günahkardır",- deyib, ancaq öz mənafelərini güdürlər, başqa bir şey haqqında düşünmürlər.
Müşahidələr göstərir ki, insanlar üzdə təəssüflə "sistem günahkardır",- desələr də, daxildə sistemin onların laqeydliyi üçün münbit şərait yaratmasına sevinirlər. Bu isə fərarilikdir, qorxaqlıqdır.
Əgər bir iş adamı öz ofisində, ya da evində balaca bir kitabxana yaratsa, bununla haradasa ümumi bir işə, mədəniyyətin dəstəklənməsinə, inkişafınaəfayda vermiş olar. Buna görə heç kim onu cəzalandırmayacaq. Heç kim demir ki, bir başa, açıq-aşkar, hay-həşirlə sənətə yardım edilsin. Əlli kitabı alıb işçilərə, qohum-əqrəbaya, müxtəlif münasib adamlara hədiyyə verməyə, ya da bir rəssamın rəsm əsərini alıb ofisdən, evdən asmağa heç kim qadağa qoymayıb.
Dəstək vermək üçün yollar müxtəlifdir. Sadəcə, istək olmalıdır. İstək yoxdursa, nə yazırsan yaz, nə danışırsan danış, faydası olmayacaq.
Sistemi başa düşüdük, bəs xalq hardadır? Xalq nə ilə məşğuldur?
İkinci vacib səbəbi də yazmağın vaxtı və zamanı çatıb. Xalq hardansa eşidib ki, sənətkar ac yaşamalıdır. Cır-cındırın içində, başı bitli-birəli gəzməlidir. Acından köpük qusmalıdır.
Adamlar mövzu axtarır. Məsələn, filan rəssam içib uzanmışdı ağacın dibinə. Filan yazıçı acından ölürdü. Apardım kafeyə bir kasa sup aldım, cibinə də beş manat qoydum. Dedim ay bala, el üçün ağlayanın gözü kor olar. Özünə yazığın gəlsin...
Adamlar belə söhbətlər axtarırlar. Onlara bu cür mövzular verməyəndə sənətkardan inciyirlər.
Xalq deyir ki, sənətkar gedib acından ölsün, sonra baxarıq ona "sənətkar" demək olar, ya yox. Bu cür düşünən adamların içində sənətkar ancaq öz sənəti ilə, uzaqbaşı qarnını otara bilər.
Belə bir ölkədə polis serjantının hörməti rəssamın, aktyorun, yazıçının hörmətindən daha artıqdı. Məhəllədə, qəsəbədə, qohum-əqrəba arasında, bir sözlə, bütün cəmiyyətdə...
Bu cür şərtlər altında sənətlə yaşamaq mümkün deyil. İki yol var - ya təlxəklik eləməlisən, ya da bir qarın ac, bir qarın tox, birtəhər mövcudluğunu davam etdirməlisən. O sənətkarlar ki, onlara hörmət edilir, onlara sənətinə görə hörmət edilmir. Vəzifəsinə, puluna, deputat mandatına, ya da yuxarı dairələrdən bir bazburutlu kişiəilə əlaqəsi olduğuna görə hörmət edilir. Bəs niyə və nəyə görə adamlar sənətə və sənətkara hörmət etmirlər?
Bu sualın çox sadə cavabıəvar. Bir şeyin dəyər qazanması üçün həmin şeyə dəyər verilməlidir. Əgər bir adamın düzəltdiyi məhsul, məşğul olduğu sahə cəmiyyətə və adamlara lazım deyilsə, həmin adam cəmiyyətə dünəndən lazım deyil. Bu qədər sadə.
Əgər xalq istəsə, hansı yolla olursa-olsun öz mədəniyyətini saxlayar, yaşadar, qoruyar, inkişaf etdirər. Üzeyir Hacıbəyovu Üzeyir Mehtizadənin ayağına verməz.
Xalq başa düşməlidir ki, həyat yatmaqdan, yeməkdən və toyda atlanıb-düşməkdən ibarət deyil. Hər bir xalqın mədəniyyəti onun ən etibarlı milli sərvətidir. Mədəniyyəti yaşatmaq xalqın borcudur. Yox, əgər xalq belə bir borcu öz üzərinə götürmək istəmirsə, onda açıq-aydın desin ki, bizə mədəniyyət lazım deyil! Bizə ancaq yatmaq, yeyib içmək, bir də toyda atlanıb-düşmək bəs edir.
Çex yazıçısı Milan Kunderanın "Varoluşun dözülməz xəfifliyi" romanı haqqında çox yazılıb. Mövzumuza uyğun gəlir deyə romandan bir məqamı xatırlatmaq yerinə düşər.
Romanın qəhrəmanı Tomaş həkimdir. Sovet tankları Çexslovakiyaya girəndə Tomaş bir məqalə yazıb, sovetlərin bu addımını pisləyir. Bir çox həmkarları onun səsinə səs verir. Lakin sonra Tomaşı hər tərəfdən sıxmağa başlayırlar. Baş həkim onu yanına çağırıb, məqalədə yazdıqlarından peşman olduğunu deməyə, bunu ictimailəşdirməyə dəvət edir.
Tomaşın bütün həmkarları artıq peşman olduqlarını yazıblar. Aralarında sona qədər dirənən təkcə Tomaşdır. Tomaş bəlkə də yumşalardı, amma dəhlizə çıxanda, artıq məğlub olmuş, üzrxahlıq eləmiş həkimlərin ona baxışlarında bunu oxuyur: - Sən də, bizim sıramıza qatılacaqsan. Uzatma! Sən də bizdən biri ol, bu iş qurtarsın-getsin. Bu baxışlar,əhəmkarlarının xəyanəti, onun məğlubiyyətini həvəslə, ac-gözlüklə gözləmələri Tomaşı inada salır. Tomaş yazdığı məqalədən imtina etmir. Peşman olduğunu de-mir. Onu işdən çıxarırlar. Öz peşəsinə aid olan heç bir işə yaxın buraxmırlar. Ali təhsilli, pəşəkar həkim sonda təmizlik şirkətində şüşəsilən işləməyə başlayır. ə Kundera romanda çex xalqının öz ziyalısına mü-nasibətinə geniş yer ayırır. Evlərinə şüşə silməyə getdiyi müştərilər Tomaşa tamam başqa münasibət göstərirlər. Hörmətlə qarşılayır, şüşə yuduzdurmaq əvəzinə onunla söhbətləşir, nəzakətlə rəftar edir, şirkətə zəng edərək, Tomaşın çox yaxşı işçi olduğunu, onun xidmətindən razı qaldıqlarını deyirlər.
Xüsusiylə çex qadınları Tomaşa özəl diqqət göstərirlər. Yarızarafat-yarıgerçək özlərinin ginekoloji problemlərini onunla bölüşürlər. Onlar bunu tibbi məsləhət almaq üçün etmirlər. Sadəcə, istəyirlər ki, Tomaş özünü həkim kimi hiss eləsin.
Sözün kəsəsi, "Sistem günahkardır",- demək, hər şeyi sistemin üstünə atmaq fərarilikdir, məsuliyyət-dən qaçmaq üçün böyük bəhanədir.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi