Müğənni Elnarə Səidə Sultana "zibil" dedi - QALMAQAL

img

07-04-2015 [14:55]


Müğənni Elnarə Xəlilova ilə həmkarı Səidə Sultan arasında qalmaqal səngimək bilmir. Lent.az-ın məlumatına görə, S.Sultanın "Space” telekanalının "Əsl şou” verilişində aparıcılığa başlaması E.Xəlilovanı özündən çıxarıb. Belə ki, saytların birində S.Sultanın aparıcılıq etməsi ilə bağlı dərc olunan yazını "Facebook” səhifəsində paylaşan Elnarə xəbərə çox sərt reaksiya verib: "Sonra deyirsiniz "Elnarə xanım, efirlərə niyə çıxmırsınız?” Efir zibilxana olub. Milli Televiziya və Radio Şurası hara baxır?”.

Xatırladaq ki, E.Xəlilova da bir zamanlar aparıcılıq edib.

Qeyd edək ki, ifaçıların qalmaqalına S.Sultanın həmkarına "zövqsüz” deməsi səbəb olmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA