“Bütün şəhər bilir ki, o, alfonsdur, arvadbazdır”- Əməkdar artist

img

03-03-2015 [16:54]


Əməkdar artist Lalə Məmmədovanın prodüseri Vəfa Nuriyeva müğənninin keçmiş həyat yoldaşı İlham Qafarovun sənətçi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Əməkdar artist mövzü ilə əlaqədar danışmaq istəməsə də, prodüseri "Qafqazinfo”ya açıqlamasında  İlham Qafarovun yalan məlumat verdiyini bildirib:

"Bütün şəhər bilir ki, o, alfonsdur.  Lalə xanım  son vaxtlar  keçmiş həyat yolaşının adını heç yerdə çəkmir. O, niyə ad çəkir? Özünü reklam etmək istəyir? Deyir ki, alfons deyiləm. Neçənci ildə harada işləyib? Mən hər şeyi gözəl bilirəm. Üç-dörd aydır aliment vermir, gətirib alimenti versin. İlham pul qazanırdı ki, 43 min manata ev alsın? Hamısı Lalənin pulları idi. İndi də pul qazansın, gedib nə gündə yaşadığına baxın. Lalə çox qeyrətli, namuslu, şərəfli xanımdır. Bu günə kimi əri çox şey etsə də, Lalə heç nə etməyib.  Heç kim deyə bilməz ki, Lalənin üzərində hansısa damğa var. İndiki dövrdə şou-biznesdə təmiz adı saxlamaq hər qadının işi deyil. İlhamın isə necə arvadbaz, içki düşkünü olduğunu mən yaxşı bilirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR