İcra başçısı elmi rəhbər oldu, Arif Qaraşovun oğlu elmi dərəcə aldı
GÜNDƏM
06.04.2015, 14:43
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşov Azərbaycan elminə sürətli müdafiə baxımından yenilik gətirib. O, təxminən 2 il ərzində iqtisad üzrə fəlsəfə doktoru olub. Onun elmi müdafiəsi akademik Ziyad Səmədzadənin rəhbəri olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutub.
Bu barədə Strateq.az-a şuranın adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, martın 29-u, saat 14.00-da baş tutan müdafiədə Arif Qaraşovun oğlu Fərhad Qaraşov iqtisad üzrə fəlsəfə doktoru adını rəsmiləşdirib:
«Fərhad Qaraşov 2012-ci ilin payızında həmin vaxtı Mirdamət Sadıqovun rektoru olduğu Aqrar Universitetinə sənəd verib, amma dissertanturaya 2013-cü ilin yanvar ayından başlayıb. Mirdamət Sadıqov həmin vaxtı Fərhad Qaraşovun elmi rəhbəri vəzifəsini də öz üzərinə götürüb. Qaraşovun qəbulundan 2 ay sonra isə Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin olunub. Gərgin bir rejimində işləməsinə baxmayaraq, icra başçısı Mirdamət Sadıqov Fərhad Qaraşovun elmi rəhbəri olmaqdan imtina etməyib. Və faktdan, yəni martın 29-da FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutan müzakirədən aydın olur ki, icra başçısı Fərhad Qaraşovun elmi işində öz üzərinə düşən missiyanı da uğurla başa vurub”.

Müsahibimiz deyir ki, dissertantura təhsili 4 illikdir, lakin Fərhad Qaraşov 4 ilə deyil, çox qısa müddətə həm elmi işini, həm də elmi məqalələrini yazaraq, çap etdirib:
"Görünür, Fərhad Qaraşovun inadkarlığı, elmi rəhbəri Mirdamət Sadıqovun isə İsmayılıya icra başçısı göndərilməsi vəziyyəti dəyişib. Sizə Fərhad Qaraşovun avtoreferatını təqdim edirəm, baxın, müdafiə üçün tələb olunan elmi məqalələrinin 6-nı 2013-də yazıb. İki məqaləsi isə 2014-də çap olunub. Ancaq qeyd etdiyim kimi, 2015-in mart ayının 29-da müdafiə eləyib. Yəni o, təxminən 2 ilə iqtisad üzrə fəlsəfə elmlər doktoru oldu”.
«Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslərin müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verməli olduğunu da deyən müsahibimiz deyir ki, Fərhad Qaraşovun bu fənlərdən imtahanları necə verdiyindən xəbərdar deyil:
"Hər halda uğurlu verər ki, müdafiəyə buraxılıb...”.

Son olaraq onu da qeyd edək ki, Fərhad Qaraşovun rəsmi opponentləri isə iqtisad üzrə elmlər doktoru Natiq Cavadovla iqtisad üzrə fəlsəfə doktoru Asif Həsənov olublar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Melih Gökçek xaricdəki əmlaklarını araşdıran jurnalisti məhkəməyə verdi
Bugün, 00:32 SİYASƏT
-
"Qalatasaray" "Leypsiq"in futbolçusunu icarəyə götürdü
Bugün, 00:26 İDMAN
-
İsrail ordusu Livana yenə zərbələr endirib
Bugün, 00:17 DÜNYA
-
"Mançester Siti"dən daha bir bahalı transfer - 65 milyon funt sterlinq
Bugün, 00:14 İDMAN
-
"Qalatasaray" Viktor Nelssonun müqaviləsinə xitam verdi
Bugün, 00:05 İDMAN
-
RƏSMİ MOSKVADAN BERLİNƏ CAVAB GECİKMƏDİ: "Çox sərt cavabımız alacaq"
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Gəmi qəzası: nazir istefaya göndərildi
02.09.2026, 23:44 DÜNYA
-
ÜST: "Bu, indiyə qədər gördüyümüz ən sürətli yayılan epidemiyadır"
02.09.2026, 23:21 DÜNYA
-
UEFA Millətlər Liqası: Azərbaycan - Litva oyunu harada oynanılacaq?
02.09.2026, 22:37 İDMAN
-
Diktor Züleyxa Hacıyeva vəfat edib
02.09.2026, 22:15 PRESS
-
"Ölümcül Miras" sənədli filminin ilk qapalı nümayişi keçirilib - FOTOLAR
02.09.2026, 19:10 MƏDƏNİYYƏT
-
İSTANBULDA İKİ GƏMİ SƏHƏRƏ YAXIN TOQQUŞDU: 10 nəfər yoxa çıxdı - Batan gəminin sahibi elə iddialar irəli sürdü ki... (Yenilənib)
02.09.2026, 18:37 GÜNDƏM
-
MİDA adından saxta müqavilələr hazırlayanlar saxlanıldı: onlardan biri məşhur həkimdir - VİDEO (YENİLƏNİB)
02.09.2026, 18:10 KRİMİNAL
-
"Trabzonspor" daha bir məşhur hücumçunu heyətinə qatdı
02.09.2026, 18:06 İDMAN
-
"Trabzonspor" Arda Turan və Fatih Terimlə danışıqlara başlayıb
02.09.2026, 17:47 İDMAN
-
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndəriləcək
02.09.2026, 17:45 İQTİSADİYYAT
-
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs yol kənarlarındakı ağaclar necə olacaq? + FOTOLAR
02.09.2026, 17:19 GÜNDƏM
-
Hacıqabulda çoban güllələnib
02.09.2026, 17:07 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
02.09.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan və Türkmənistan arasında viza rejimi sadələşdirilib
02.09.2026, 16:41 SİYASƏT
-
33500 manata "BMW 520I", 26 minə "BMW 740LI".... - Dövlətə məxsus maşınlar hərracda satıldı
02.09.2026, 16:28 İQTİSADİYYAT
-
Ankarada inanılmaz olay: 171 bələdiyyə işçisi narkoman çıxdı
02.09.2026, 16:17 DÜNYA
-
Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı
02.09.2026, 16:06 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət edib
02.09.2026, 15:45 CƏMİYYƏT
-
Mərkəzi Bankın keçmiş sədrindən şikayət olunub: "Qanunsuz quraşdırdığı üz tanıma cihazı ilə..."
02.09.2026, 15:32 DÜNYA
-
"Təndir hamamı" memarlıq abidəsi barədə məlumat yayıldı
02.09.2026, 15:01 MƏDƏNİYYƏT
-
Vəkil bürolarında nöqsanlar aşkarlanıb
02.09.2026, 14:58 CƏMİYYƏT
-
Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edib
02.09.2026, 14:40 GÜNDƏM
-
Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
02.09.2026, 14:25 CƏMİYYƏT
-
"Dövlət qurumları adından vətəndaşlara zəng..." - DİN-dən əhaliyə daha bir xəbərdarlıq
02.09.2026, 14:11 CƏMİYYƏT
-
İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib - FOTOLAR
02.09.2026, 14:09 GÜNDƏM
-
ƏKİN SAHƏLƏRİ İLƏ BAĞLI DƏYİŞİKLİK - Yeni qanun təsdiqləndi, nələr olacaq?
02.09.2026, 13:54 İQTİSADİYYAT
-
Bu qanunu pozanlar cəzalandırılacaq- Dəyişiklik
02.09.2026, 13:52 CƏMİYYƏT