Xalq artisti: “Mənə elə təkliflər var idi ki...” (VİDEO)

img

07-03-2015 [14:58]


Xalq artisti Brilliant Dadaşova qonaq olduğu proqramda maraqlı açıqlamalar verib.

Azərbaycan Respublikasının xalq artisti, tanınmış müğənni Brilliant Dadaşova ANS TV-nin efirində yayımlanan "Əslində Mən” proqramının qonağı olub. 

Azərbaycanlı məşhurların eksklüziv açıqlamalarının yer aldığı proqramda xalq artisti Brilliant Dadaşova xaricdə onun sənət fəaliyyətini davam etdimərk üçün yaranan fürsətlərdən danışıb.

"Elə bir dərdim olmayıb ki, heç vaxt – mən Türkiyədə tanınım. Mən dünyanın 30 ölkəsində konsert proqramları ilə çıxış eləmişəm. Norveçdə mənə 6 illik müqavilə təklif etdilər, orada yaşayıb fəaliyyət göstərmək üçün. Lakin mənim elə dərdim olmayıb gedim özümü tanıdım”, - deyə B.Dadaşova bildirib.

Bundan başqa, sənətçi qardaş ölkədə ona edilən bir sıra təkliflərdən boyun qaçşırdığını da söyləyib. Hansı ki, bu gün Türkiyədə populyar olan müğənnilər o təklifləri dəyərləndiriblər: "Türkiyədə 1993-cü ildə elə təkliflər vardı ki... Yəni Tarkana, Ebru Gündeşə təkliflər edən həmin şirkətlərdən, firmalardan mənə təkliflər var idi.”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?