“O səs Türkiyə”dən pulunu aldınmı?" - Elnurla müsahibə

img

19-04-2015 [18:12]


Türkiyənin "TV8” kanalında yayımlanan "Aramızda kalmasın” verilişi "O səs Türkiyə” müsabiqəsinin qalibi olan Elnur Hüseynovla özəl reportaj hazırlayıb.

Elnurun cırılmış geyimini görən verilişin müxbiri Seyhan Ərdanın ilk sualı da bununla bağlı olub.

Müxbir: "O səs Türkiyə”dən pulunu aldınmı? Yəni geyimindəki cırıqları deyirəm… Bir şeyə ehtiyacın filan varmı deyə…?”

Elnur Hüseynov, "Canım, havalar istidir. Həm mən parlaq geyimləri sevmirəm” – deyə, cavab verib.

Daha sonra azərbaycanlı müğənni Türkiyədə gördüyü sevgidən çox xoşbəxt olduğunu qeyd edib və bu barədə ağız dolusu danışıb.

Müsahibənin sonunda Elnur Hüseynov "Eurovision” müsabiqəsində ifa edəcəyi mahnıdan və iştirakı ilə təkcə Azərbaycanı deyil, Türkiyəni də təmsil edəcəyindən danışıb. Mia.az A24.az-a istinadən Elnur Hüseynovun müsahibəsini təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA