04-12-2014 [22:18]
Yaxın
keçmişimizdə Mərkəzi Bank bir məlumat yaydı. Məlumata görə, ölkədə vaxtı keçmiş
kreditin həcmi, sayı, miqdarı (heç bilmirəm hansı sözü yazım, hansı söz daha
münasibdi) bir milyarda yaxınlaşıb. Daha bilmədim bir mirlyard
manata yaxınlaşıb, yoxsa bir milyard dollara. Hər halda manat olar.
İqtisadiyyatdan
anlayışım yoxdu. Desələr beş ən məşhur iqtisadçının adını çək, heç ikisinin
adını çəkə bilmərəm. Heç bilmirəm Mərkəzi Bankın açıqladığı bu rəqəm böyük
rəqəmdi, yoxsa balaca. Pulla əlaqəli rəqəmləri sevmirəm. Qərəz, iqtisadiyyat nə
qədər vacib sahə olsa da, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadir olsa
da, bu sahədən heç məlumatlı deyiləm.
Mərkəzi
Bankın açıqladığı rəqəm diqqətimi çəkməzdi. Bu mövzuda yazı da yazmazdım. Əgər
oxuduğum bir müsahibə olmasaydı.
Goranboyda
baş verən faciədən hamının xəbəri var. Bu hadisə haqqında yazmayan qəzet, sayt,
göstərməyən telekanal qalmadı. Rafiq Hüseynov adlı bir insan qumbara atıb neçə
nəfəri öldürdü. Qumbaranı atıb adamları öldürən Rafiq Hüseynovun atası Müzəffər
Hüseynov (sonra bu kişi də öldü. Ürəyi partladı) müsahibə vermiş və demişdi:
"Oğlum bir dəfə su üstündə dalaşıbəpolisə düşmüşdü. Bankdan min manat
kredit götürüb oğlumu çıxartdırdım".
Mərkəzi
Bankın yaydığı məlumatla bu sözlər arasındakı qəribə izahedilməz bir əlaqə
gördüm. Neçə vaxtdı Mərkəzi Bankın yaydığı məlumatla R.Hüseynovun atası
M.Hüseynovun müsahibədə dediyi "Oğlum bir dəfə su üstündə dalaşıb polisə
düşmüşdü. Bankdan min manat kredit götürüb oğlumu çıxartdırdım",- sözləri
arasında gördüyüm əlaqə mənə rahatlıq vermir. Elə hey bu haqda düşünürəm. Bu
bir cümlə ilə ölkədəki vəziyyəti tam izah etmək olar. Bu bir cümlədə bütöv bir
ölkənin reallığı yatır. Bu cümləni bir az analiz etsən, ölkədə adamların
necəəyaşaması, vətəndaşların necə idarə olunması tam ortaya çıxar.
Su
üstündə dalaşmaq... Buna görə polisə düşmək... Sonra da bankdan kredit götürub
polisdən can qurtarmaq... Dəhşətdi. Görün, adamlar necə yaşayırlar. Ölkənin və
insanların səviyyəsi ortadadı. Bu haqda bir neçə dəfə eşitmişdim ki, adamlar
polisə düşəndə əgər satmağa, ovucun içində heç nə yoxdursa, bankdan kredit
götürüb canlarını qurtarırlar.
Bir
daha təkrar edirəm, Mərkəzi Bankın yaydığı rəqəmin böyük, yoxsa kiçik,
dözüləsi, yoxsa faciəvi rəqəm olduğunu bilmirəm. Amma onu dəqiq bilirəm ki,
ölkədə az qala hər üç adamdan biri bankdan gö-türdüyü kreditin əsirinə
çevrilib. Görünən dağa nə bələdçi. Mərkəzi Bank məlumat yaydı, yaymadı on-suz
da söhbətlərdən, adamların danışıqlarından, giley-güzarlarından vəziyyətin
hansı həddə olduğu göz qarşısındadı. Kimisi məcbur qalıb kredit götürüb. Kimisi
də bekarçılıqdan, kimisi də heç zərurət olmadığı halda kredit götürüb və özünü
elə aparır ki, guya başqa cür mümkün deyildi, başqa yol yox idi, mütləq bankdan
kredit götürməli idi.
Kredit
götürənlər arasında hər cür adama rast gələ bilərsiniz. Onlar hər cür səbəb
səsləndirə bilərlər. Biri qızını ərə verirmiş, mebel və cehiz almaq üçün
kreditə girib. Biri evi təmir etmək üçün kredit görtürüb, biri maşın alırmış. Biri
nəsə bir məişət avadanlığı almağı əşhədü-vacib hesab edib. Biri toyuna tanınmış
müğənni çağırmaq üçün kredit götürüb (belələri də var)...
Harasa gəzməyə getmək üçün kredit götürənlər də var.
Səbəblər müxtəlifdi. Gəlin razılaşaq ki, vacib məqamları nəzərə almasaq,
adamların çoxu bekarçılıqdan, o qədər də zərurət olmadan kreditin əsirinə
çevriliblər.
Məsələn, anam kredit götürərək özünə "şuba"
alıb. Onun kimi nə qədər adamlar var. Halbuki o, bankdan kredit götürməyin
əvəzinə başqa bir şey, daha ucuz bir şey alıb əyninə geyinə bilərdi.
Gəlin
razılaşaq ki, adamlar çaşıblar. Yaşamağı bacarmırlar. Reklamlar və seriallar,
çeşidlərin bolluğu onları çaşdırıb. Öz real vəziyyətləri ilə arzuları
arasındakı sərhədi müəyyən edə bilmirlər. Ayaqlarını yorğanlarına görə
uzatmırlar. Sabahı düşünmürlər. Nəticədə bataqlığa düşürlər. Bu bankdan alıb o
banka verirlər, o bankdan alıb bu banka ödəyirlər. Əlinin papağın Vəlinin
başına, Vəlinin papağını da Əlinin başına qoyurlar. Narahatdırlar. Görəsən, bu
ayın kreditini necə ödəyəcəm,- sualı onları daima narahat edir. Axı, kreditlə
baş tutan toyda, nişanda necə ürəkdən əylənmək olar. Belə baxırsan
bəzənib-düzənib, geyinib-gecinib restorana gəliblər, amma real vəziyyət başqa
söz deyir. Real vəziyyət onu deyir ki, bu zahiri təmtərağa aldanmaq olmaz. Bu
zahiri təmtərağın arxasında böyük bir narahatlıq, söz-söhbət, dava-dalaş yatır.
Adamların həyatı artıq özlərinə məxsus deyil.
Adamın
yadına Balzakın
"Qobsek" əsəri düşür. Orda Balzak deyir ki, bu bəzəkli karetaların,
bu bəzəkli paltarların sahibləri qoca Qobsekin, qoca sələmçinin qarşısında
alçalırlar.
Qobsekə
yalvarıb, özlərini alçaldırlar. Nəyin üstündə? Zahiri təmtarağın üstündə.
Kreditə girib paltar almaq bu qədər vacibdirmi?
Əgər insan hər zaman krediti necə ödəyəcəm,- sualı
haqqında düşünürsə, başım çıxmır kreditə aldığı maşından, mebeldən, paltardan
necə həzz ala bilər? Bu, çoxmu vacibdir?
Qoca sələmçi Qobsek deyirdi: "Cəmiyyətdə bir söz
üstündə başqalarını duelə çağıran dəlisov gəncləri burda, mənim zirzəmimdə
görmək lazımdı. Onlar göz yaşı tökür, yalvarırlar".
Qobsek
deyir ki, camaatın baxdığı teatrlar əsl teatr deyil. Əsl teatr burda, mənim
zirzəmimdə göstərilir. Bu, həqiqi teatrdı və bu teatrın bir tək tamaşaçısı var.
O da Qobsekin özüdü. Yəni, Balzakın yazdığına görə, o adamlar ki müsamirələrdə
bahalı paltarlarda gəzirlər, bahalı karetaları var, onlar bu zahiri təmtarağa
görə qoca sələmçi Qobsekin qarşısında yalvarıb alçalmaqdadırlar.
Yazda
rayonda, yeməkxanada yaşlı bir kişiylə
Dedim, buralı deyiləm.
Hansı
işlə məşğul olduğumu soruşdu. Adətən, hansı işlə məşğul olduğumu adamlardan
gizlədirəm. Deyəndə jurnalistəm, bu, adamları hürküdür. Deyəndə yazıçıyam,
bəziləri bu peşənin, ümumiyyətlə, nə olduğunu bilmir, bəziləri də boş-boş
danışıb, adamın enerjisini alırlar, mövzu verirlər, deyirlər, gəl həyatımı
danışım, roman yaz.
Bu
yaşlı, zəhmətkeş kişini nədənsə aldatmaq istəmədim.
Xeyirxah, həm də sadəlövh görkəmi var idi. Elə bir
görkəm ki, baxan kimi adamda əminlik yaranır. Bu adamdan heç bir zərər gəlməz. Həm
də belə müsbət enerjili, yaşlı adamlarla söhbət etməyi xoşlayıram.
Dedim
yazıçıyam.
Sonra
adamların avaralığından şikayətləndi. Dedi, camaat həyət-bacasını becərmir.
Həyət qalır bomboş,əhər xırda şey üçün bazara qaçırlar. Hər xırda şey üçün
bazara qaçsan, buna heç Həzrəti Süleymanın xəzinəsi də davam gətirməz.
Çox
danışdı. Axırda da dedi ki, bala, camaat qudurub. Ömür boyu işləyən, qoca
yaşında da işdən qalmayan bir qoca kişinin fikrini belə kobud ifadə etməsi
təbiidir. Yəqin ki, o, ətrafında baş verənləri başa düşmür və öz tərəfindən
qəti olaraq prosesə belə ad verib. Əlindən ömrü boyu bel düşməyən bu kişi
ətrafdakıları necə başa düşsün. Torpaq qalıb boş. Əkən yox, bəcərən yox,
adamlar bütün günü maşının "kapot"u üstündə damino çırpırlar. Arvadların
işi-gücü seriala baxmaqdan ibarətdi. Yekə-yekə kişilər bütün günü kompüterdə
oyun oynayırlar. İş saatı da bitəndə çayxanalarda oturub vaxtlarını məhv
et-məklə məşğul olurlar.
Doğurdanmı
camaat qudurub, daha olana, aza qane olmaq istəmirlər? Əgər aza qane olmaq
istəmirlərsə, o zaman bu qane olmamaq vətəndaşlıq mənasında da, bir vətəndaş
kimi də özünü göstərməlidir. Əgər aza qane olmaq istəmirlərsə, yaxşı olardı ki,
vətəndaş kimi aza qane olmasınlar, öz haqlarını tələb etsinlər. Desinlər ki, bu
nə maaşdı, bu nə pensiyadı mənə verirsən? Hanı mənim qazım, neftim, yeraltı və
yerüstü sərvətlərim?
Yox,
onlar vətəndaş kimi aza qane olmaq istəmirlər. Onlar bir-birilərinə qənim
kəsiliblər. Riyakarlıq, yersiz bəhsəbəs, saxtakarlıq, zahiri təmtarağa aludə
olmaq adamların həyatını sözün həqiqi mənasında cəhənnəmə çevirib. Bundan əvvəl
evin böyük uşağına bir paltar alırdılar, digər uşaqlar növbə ilə o paltarı
geyinirdi. Səssiz-səmirsiz. Sorğusuz-sualsız.
Mən özüm bir çox hallarda xalam uşaqlarının
paltarlarını geyinmişəm. Son iyirmi ildə hər şey o qədər sürətlə deyişdi ki,
hadisələrə, baş verənlərə doğru-dürüst qiymət vermək olmur.
Bir dəfə getmişdim rayona. Bir dəstə arvad ağacın
altında oturub laqqırtı vururdu. Meyvələr isə ağacın altında çürüyürdü. Yığıb
mürəbbə, kompot hazırlamaq heç ağıllarından belə keçmirdi. Halbuki qaçıb mağazadan
kola, fanta alırlar. Əvvəllər isə bir evdə o qədər mürəbbə, kompot
hazırlayardılar ki, bütün ilboyu bəs edirdi. Hətta bu ildən gələn ilə də
qalırdı. Görəsən, nə baş verdi ki, adamlar bu qədər işdən ayrı düşdülər,
tənbəlləşdilər?
Əlbəttə, rahatlıq lazımdı. Heç kim demir rahatlıq
lazım deyil, amma baxır sən bu rahatlığı necə,əhansı yollarla əldə edirsən. Evdə
iki qadın xeylağı olduğı halda qabyuyan maşın almaq, özü də kreditə almaq nəyə
lazımdı? Əgər iki qadın xeylağı bir ailənin qab-qacağını yuya bilmirsə, onda
onlar nəyə və kimə lazımdır? Adlarını niyə qadın qoyublar? Bu gün heç bir
zərurət olmadığı halda qabyuyan maşın alırsan, sabah mebeli dəyişirsən, o biri
gün zərurət olmadığı halda hamamı təmir etdirirsən, bir də görürsən ki, başdan
ayağa borcun içindəsən. Kreditlər xirtdəyə dirənib. Artıq sənin öz həyatın
yoxdu. Qazandığını ora-bura verirsən. Yediyin- içdiyin burnundan gəlir. Bəlkə
elə buna görə bizim adamlar bu qədər narahatdırlar. Əgər hər üç adamdan biri
kreditlə yaşayırsa, deməli, ən azı hər üç adamdan biri narahat həyat yaşayır. Niyə
belə oldu? Hərə bir səbəb göstərə bilər. Mənəvi boşluq, adamların yaşamağı
bacarmaması, yersiz bəhsəbəs, arzularla imkanların tərsmütənasibliyi öz sözünü
deyir. Sözün həqiqi mənasında kreditlə öz telefonunu təzələyən adamları başa
düşmürəm. Kreditlə hansısa bir ölkəyə gedib, getdikləri yerlərdə şəkil
çəkdirənləri də başa düşmürəm. Yaxşı, gəzdin, şəkil çəkdirdin, axı bu günün
sahabı da var. Əgər o gəzmək sənə bu qədər narahatlıq gətirəcəksə, səni bu
qədər gərginlikdə saxlayacaqsa, bunun harası gəzmək və istirahət oldu? Necə
olur yekə-yekə kişilər, yekə-yekə arvadlar sabah haqqında düşünmürlər?
Bəlkə
də artıq hər şeyi olduğu kimi qəbul etmək lazımdı. Bəlkə də bu yeni həyat
tərzidir. Bəlkə də elə hər şey belə olmalıdır. Buna baxayaraq, mən yenə də evdə
iki arvad xeylağı ola-ola kreditlə qabyuyan maşın alan adamları başa düşə bilmirəm
və onlara heç cür haqq qazandırmaq olmaz. Onlar da bu vəziyyətə düşmələrinə
haqq qazandıra bilməzlər. Adamlar adını rahatlıq qoyub ağın çıxarıblar. Bu
şəksizdi.
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir