Mehriban Əliyeva Parisdə sərgi açdı - VİDEO

img

30-11-2014 [20:01]


Parisin mərkəzindəki məşhur "Pöti Pale" sərgi-muzey salonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə tanınmış fotoqraf Reza Deqatinin Azərbaycan ilə bağlı sərgisinin açılışı böyük əks-səda doğurub. 

ANS TV-nin məlumatına görə, bunu sərgiyə gələnlərin sayının gündən-günə artması sübut edir. Hər zaman erməniləri dəstəkləyən bir ölkədə, parislilər və şəhərin qonaqları sərgidə Azərbaycanın tarixini, mədəni dəyərlərini əks etdirən fotolara tamaşa etməyə daha çox üstünlük verirlər. 

Sərgini ziyarət edənlərin əksəriyyəti 1990-ci ildə 20 Yanvar hadisəsini və Dağlıq Qarabağ münaqişəsini, o cümlədən Xocalı soyqırımını əks etdirən fotolara xüsusi maraq göstərib. 

Xatırladaq ki, sərgi dekabrın 7-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR