“Dostlarımın ana-bacısını küçədə görsəm...” - Fərda

img

13-11-2014 [21:48]



Yumor ustası Fərda Xudaverdiyev dost xəyanətini qadın xəyanətindən pis hesab edir. Aktyor xanımları "şeytan” adlandırıb:

"Mənim üçün xanımın xəyanəti təsiredici deyil. Ən pisi illərlə birlikdə olduğun dostun sənə xəyanətidir. Kişi ilə çörək kəsirsən, amma qəfildən elə hərəkətini görürsən ki... Sizə bir hadisə danışım. Subay vaxtımda olub. Bir məclisə dost dediyim xanımla getmişəm. Digər kişi dostum onun nömrəsini tapıb, mesajlar yazmağa başlayıb. Xanım mənə mesajı göstərəndə inanmadım. Bu, kişi hərəkəti deyil. Qadın şeytandır, kişini yoldan tez çıxarır. Kişi qadın qarşısında zəif olur, qula çevrilir. Güclü cinsin nümayəndələri hər zaman itirməkdən qorxub. Amma kişi kəsdiyi çörəyi o şeytanlığa dəyişməməlidir. Mən dost dediyim, evinə getdiyim insanların anasını, bacısını küçədə görsəm, sifətdən tanımaram. Çünki evlərinə gedəndə başımı yerdən qaldırmamışam, üzlərinə baxmamışam”. (axsam.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR