"Ayılın postmodernist köpəkuşaqları..." - Həmid Herisçi

img

05-11-2014 [17:11]


Tanınmış teleaparıcı, yazar Həmid Herisçi yeni Azərbaycan ədəbiyyatında yeni cərəyan olan postmoderizm janrının nümayəndələrini tənqid edib.

O, tənqidi fikirlərini sosial şəbəkə istifadəçiləri ilə bölüşüb: 

"Yazarlar Birliyi, AYO-çular, ədəbi saytlar özlərindən qondarma ədəbi proses yaradırlar. Kafkanı, Saramaqonu-zadı cəmiyyətə sırımağa çalışırlar. Ədəbiyyatdakı əsl həqiqi acı mənzərə isə bax budur - Meyxanaçılar, əruz-qəzəl aşiqləri bütün xalq məclislərində birincilik qazanaraq xalqın saqqızını da oğurlayıblar, zövqünü də. Yüzlərlə meyxanaçı, əruz şairləri ədəbi prosesi öz əllərinə alıblar. Şairlik təbi indi onlardadır. İndi bu şifahi ədəbiyyat yazılı ədəbiyyatı yeməyə başlayıb. 17-18-yaşlı gənc meyxanaçılar bütün meydanlara yiyələniblər. İndi nə Səməd Vurğun şeri var, Nə Rəsul Rza məktəbi. Sərbəst şer yazanları barmaqla hesablamaq olar. Hanı Ramiz Rövşən, Vaqif Bayatlı Odər şeri? Salam, Aqşin Yeniseylər, Elxan Zallar, Murad Köhnəqalalar, Rasim Qaracalar? Xalq birmənalı şəkildə öz könlünü meyxanaya, əruza bağışlayıb, yuxarıdakı imzaları əsla tanımır. Meyxana şairləri isə sosial şəbəkələrdə milyonlarla tamaşaçılarının sayını hər gün artırırlar. 

Ədəbi tənqidçilər, qanturalılar, sayt rəhbərləri nə qədər ağız büzsələr də bu, günümüzün reallığıdır. Qanturalılara bütün bunları görmək, müzakirəyə çıxarmaq əsla sərf etmir. Posmodernist sayt rəhbərləri oxucu yığmaq naminə nə qədər pornoqrafik şerlər, şəkillər çap etsələr də xeyri yoxdur. Şer aşiqləri heç vaxt qanturalıların saytlarına baxmayacaq, oradakı qondarma ədəbi prosesə ciddi fikir verməyəcəklər. Klassik Şərqə, Şəqr şerinə yer verməyən bu saytlar, dərgilər bu gün öz əməllərinin acı nəticələriylə üzləşiblər-xalq könlünü verib bu klassik şer yazarlarına... Nə vaxtadək qanturalılar bunu gözardı edəcək, həqiqətin gözü içinə dik baxmayacaqlar? Pornoqrafik şerlər, yazılarla həm özlərini aldadacaqlar, həm də öz azsaylı oxucularını?

Ayılın postmodernist köpəkuşaqları... Siz ədəbi mübarizəni çoxdan uduzubsuz. Sovet şeri vaxtilə əruzçuları, meyxanaçıları min bir əzabla bir kənara itələmişdi. Siz bunun varisləri olamadız. Sovet ənənələrini də itirdiz, klassik Şərq ənənələrini də... Qaldız öz yalanlarınızla tək-tənha..."(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR