Hindistanda kriminal avtoritet evindən elə çıxarıldı ki... - FOTO

Hindistanda kriminal avtoritet evindən elə çıxarıldı ki... - FOTO

KRİMİNAL

Bugün, 17:37

Hindistanın qərbindəki Benqal əyalətində çoxsaylı qətllərdə ittiham olunan və bölgənin ən böyük mafiya boslarından biri sayılan Pratap Das rüsvayçı şəkildə evindən qandallanaraq çıxarılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki gün əvvəl polisə atəş açıb qaçan Das gizləndiyi evdə ayağından vurulub. Daha sonra isə o, yerlə rüsvayçı şəkildə sürüdülərək  polis maşınına götürülüb.

Onun bu şəkildə evdən çıxarılmasının digər kriminallara da ibrət olsun deyə edildiyi açıqlanıb.

Məlumatda o da deyilir ki, Dasın arvadı da saxlanılıb.

Tahir Şəlvəli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR