Bu kəndlərə köçənlərə 25 min avro veriləcək

Bu kəndlərə köçənlərə 25 min avro veriləcək 

DÜNYA

Bugün, 15:29

Bolqarıstanda əhalisi azalan sərhəd kəndlərini canlandırmaq üçün yeni təşviq proqramı həyata keçirilir. Layihə çərçivəsində həmin kəndlərdə məskunlaşaraq biznes və ya kənd təsərrüfatı fəaliyyəti qurmaq istəyənlərə 25 min avroyadək geri qaytarılmayan maliyyə dəstəyi təklif olunur.

MİA.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Bolqarıstanın Malako Tırnovo və İstranca bölgəsindəki kəndlərdən gedir.

Balkanlarda kənd əhalisinin böyük şəhərlərə və Qərbi Avropa ölkələrinə köçməsi nəticəsində bir sıra yaşayış məntəqələrində əhali sayı kəskin azalıb. Bu problemin qarşısını almaq və kənd həyatını yenidən canlandırmaq məqsədilə yerli qurumlar və Avropa İttifaqının kənd təsərrüfatı və regional inkişaf fondları vasitəsilə dəstək proqramları həyata keçirilir. 

Proqram çərçivəsində müəyyən kəndlərdə məskunlaşaraq iqtisadi fəaliyyətə başlayan şəxslərə 25 min avroya dek geri qaytarılmayan maliyyə yardımı verilməsi nəzərdə tutulur. 

Dəstəyin əsasən aşağıdakı sahələri əhatə etməsi gözlənilir: 

Orqanik kənd təsərrüfatı;

Arıçılıq;

Ekoturizm və qonaq evlərinin yaradılması;

Ənənəvi istehsal və yerli məhsulların hazırlanması.

Beləliklə, proqram yalnız kəndə köçməyi deyil, həmin ərazidə yeni iş yerlərinin yaradılmasını və iqtisadi fəallığın artırılmasını da hədəfləyir.

Bölgədə diqqət çəkən digər məqam isə daşınmaz əmlak qiymətləridir. Əhalisi azalan kəndlərdə istifadəsiz qalmış evlər və kənd təsərrüfatı torpaqları nisbətən münasib qiymətlərlə satışa çıxarılır. 

Bəzi yerli idarəetmə orqanları isə kəndlərə daimi köçən, köhnə tikililəri bərpa edən və orada yaşamağa davam edən ailələrə inzibati prosedurlar və infrastruktur xidmətləri ilə bağlı müəyyən güzəştlər təqdim edir.

Orxan

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR