ƏRDOĞANIN DAHA BİR MÜAVİNİ İSTEFA VERDİ: "Qaldı oğlum haqqında iddialara..."

ƏRDOĞANIN DAHA BİR MÜAVİNİ İSTEFA VERDİ: \"Qaldı oğlum haqqında iddialara...\"

SİYASƏT

Bugün, 00:04

Türkiyənin hakim AK Partiyasının daha bir sədr müavini ölkəni silkələyən Fond qalmaqalına görə istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Fatma Betül Sayan Kayadan sonra AKP sədr müavini Hayati Yazıcı da partiyadakı vəzifələrindən istefaya göndərilib.

Bu barədə onun özü açıqlama verib.

Yazıcı Fond dələduzluğuna görə istintaqa cəlb olunan oğlu Mustafa Yazıçının "əl qoyulan" şirkəti və özünün "haram pul" qazanmadığını iddia edib: "Oğlum istintaq altında olan heç bir vəsaitdən nə sahib olduğu şirkətlər, nə də şəxsən bir lirə, hətta bir qəpik də almayıb"

Bununla belə, o, könüllü istefaya getdiyini bildirib: "Ədalət, qanun, halal-haram və mənəvi dəyərlər həmişə mənim kompasım və işığım olub. Təxminən 35 il əvvəl, partiyamızın yaranmasından bu günə qədər başladığımız bu yolda müxtəlif səviyyələrdə müxtəlif məsuliyyətləri öz üzərimdə götürərək bir çox mübarizənin, bir çox uğurun və bir çox sınaqların şahidi olmuşam. Hər bir vəzifəmi vəzifənin verdiyi imtiyaz kimi deyil, çiyinlərimə qoyulmuş bir etibar kimi qəbul etmişəm. Bu uzun yolda dəyişməz qalan tək şey budur: Doğru hesab etdiyim şeydən,  vicdanımın göstərdiyi, mənəvi dəyərlərlə dolu yoldan sapmamağa çalışmışam. Həyatımı AK Partiyasının çətiri altında və dövlətimiz daxilində mühüm vəzifələrdə ölkəmizə və millətimizə xidmət etməklə keçirdim.

Bu proses boyunca üzərimə götürdüyüm hər bir məsuliyyəti bir vəzifənin verdiyi fürsət kimi deyil, millətə xidmət etmək zərurəti kimi qəbul etmişəm. Ölkəmizin nailiyyətlərinə töhfə vermək üçün çalışmışam...

... Qaldı oğlumla bağlı iddialara, şübhəsiz ki,  iddia mühakiməyə çevrilə bilməz. Hər kəs üçün olduğu kimi mənim üçün də vacib olan ədalət və həqiqətin özüdür.

Heç bir iştirakınız, məsuliyyətiniz və ya tərəfdaşlığınız olmasa belə, bəzən bütün siyasi məsuliyyət sizin çiyinlərinizə yüklənir və istefa versəniz problemin həll olunacağı təəssüratı yaradır. Hazırda belə bir qavrayışın mərkzində olduğumdan  və qürurla izlədiyim Partiyaya zərər verməmək üçün istefa vermək qərarına gəldim..."

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR