Azərbaycanla Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq

Azərbaycanla Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq

GÜNDƏM

Bugün, 18:20

"Gürcüstan Azərbaycan üçün yaxın qonşu, dost və strateji tərəfdaşdır".

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.

"Ölkələrimiz arasındakı münasibətlərin çox uzun tarixi var. Xalqlarımız arasındakı bağlar güclü və möhkəmdir. Qonşuluq və qardaşlıq münasibətləri hər zaman qarşılıqlı hörmət və ehtirama əsaslanmışdır, hazırda da inkişaf etməkdədir".

Nazir qeyd edib ki, görüş zamanı ikitərəfli münasibət və Cənubi Qafqazdakı mövcud vəziyyət və eləcə də beynəlxalq məslələri müzakirə edilib: "Azərbaycan-Gürcüstan münasibətlərinin çox böyük gündəliyi mövcuddur. Təbii ki, siyasi dialoq çox yüksək səviyyədədir, biz burada ciddi dinamikanı müşahidə edirik. Son illərdə qarşılıqlı yüksəksviyyəli səfərlər bunun bariz nümunəsidir. İki ölkə arasında qüvvədə olan 145 sənəd, razılaşma, sənəd var. Əlavə 18 sənəd üzərində hazırda iş gedir, yaxın zamanlarda düşünürük ki, bu sənədlər də yekunlaşacaq və qüvvəyə minəcək".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR