Dövlət Miqrasiya Xidməti rəisinin 10 il əvvəlki şəkili...

Dövlət Miqrasiya Xidməti rəisinin 10 il əvvəlki şəkili...

CƏMİYYƏT

Bugün, 17:21

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun ABŞ-ın nüfuzlu Harvard Universitetində təhsil aldığı və məzun olduğu 2016-cı ilə aid fotosu yayılıb.

Mia.az xəbər verir ki, foto sosial şəbəkələrdə diqqət çəkib. Vüsal Hüseynovun təhsil keçmişi də yenidən müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Vüsal Əfqan oğlu Hüseynov 2010-cu ildə Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəçiliyi Məktəbinin magistr proqramına qəbul olunub. O, 2011-ci ilin may ayında dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr, Bakı Dövlət Universitetində isə hüquq təhsili alıb.

Xatırladaq ki, Vüsal Hüseynov 23 aprel 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Onun Harvard Universitetində təhsil alması dövlət idarəçiliyi sahəsindəki akademik fəaliyyətinin diqqət çəkən məqamlarından biridir.

Vüsal Artyom

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR