Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı
CƏMİYYƏT
Bugün, 12:41
20 noyabr Azərbaycan tarixində həm faciəvi, həm də qürurverici hadisələrlə yadda qalan günlərdəndir. 1991-ci il noyabrın 20-də Ağdamın Qarakənd kəndi yaxınlığında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri, millət vəkilləri və jurnalistləri həlak olublar. Bu tarix həm də 2020-ci il noyabrın 20-də Ağdamın 27 illik işğaldan azad edilməsi ilə əlamətdardır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü elan edilib. Beləliklə, bu tarix Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də tarixi ədalətin bərpasının rəmzinə çevrilib.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Hafta.az-a açıqlamasında 20 noyabrın milli yaddaşımızda daşıdığı tarixi və mənəvi əhəmiyyətdən danışıb. O bildirib ki, 1988-ci ildən etibarən beynəlxalq və regional güclərdən hərtərəfli dəstək alan Ermənistanın siyasi rəhbərliyi və silahlı dəstələri Azərbaycana qarşı müxtəlif təxribatlar, terror hadisələri, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib, ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürüblər.
Belə qanlı terror hadisələrindən biri də 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən vertolyot qəzasıdır. Hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət xadimləri, millət vəkilləri və jurnalistləri həlak olublar. Bu hadisənin bir səbəbi terror idisə, digər mühüm səbəbi Azərbaycanın təcrübəli dövlət və ictimai xadimlərinin qətlə yetirilməsi idi. Bu, düşünülmüş terror siyasətinin tərkib hissəsi idi.
Tarixçi qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan və onun silahlı qüvvələri tərəfindən törədilən qanlı faciələrin, terror aktlarının, soyqırımı və etnik təmizləmə siyasətinin şahidi olmuşuq. Təəssüf ki, həmin dövrdə nə dünya dövlətləri, nə də beynəlxalq və regional təşkilatlar Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasətinə münasibətdə ciddi addımlar atıblar.
S.Talıblının sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, müasir hərbi texnologiyalardan istifadə imkanları və xalqımızın sarsılmaz birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub:
“Bu gün Azərbaycan xalqına qarşı törədilmiş faciə və terror hadisələrinin qurbanlarının xatirəsi qarşısında təsəlli tapırıq. Çünki torpaqlarımız azad olunub. Şəhidlərimizin ruhu şaddır. Bu gün biz Qarabağa qayıtmışıq, orada genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Bütün bunlar cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Əvvəllər işğal edilmiş ərazilərimizin faciəli tarixlərini qeyd edirdiksə, bu gün həmin şəhərlərin azad olunma günlərini bayram edirik. Birinci Qarabağ müharibəsində Ağdam Azərbaycanın ən çox şəhid verən bölgələrindən biri olub. Həmin müharibənin ən qanlı döyüş məntəqələrindən bəziləri də məhz Ağdam ərazisində yerləşirdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə xalqımızın milli ruhunun, birliyinin, ordumuza inamının və sevgisinin, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli mübarizə əzminin təcəssümünə çevrildi.
Bu gün hər bir azərbaycanlı 20 noyabrı özünün milli tarixinin şərəfli günü, milli təhlükəsizliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinin göstəricisi hesab edir. Bu tarixi həm də tarixi Azərbaycan torpaqlarına qayıdışın əsasının qoyulmasının rəmzi kimi dəyərləndirir. Çünki milli mübarizə ruhu, dövlətçilik şüuru, sərkərdəlik ənənələri və döyüş qabiliyyəti xalqımızın tarixinin bütün mərhələlərində mövcud olub. Bu baxımdan Ağdam Şəhəri Gününün qeyd edilməsi tarixi ədalətin bərpasının və haqqımızın özümüzə qaytarılmasının təntənəsidir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
Bugün, 12:56 SİYASƏT
-
Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı
Bugün, 12:41 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:32 CƏMİYYƏT
-
SƏHİYYƏ RƏHBƏRLİYİNİN ƏNDAZƏNİ AŞAN ƏMRİ: nə baş verir? - Səs yazıları və videogörüntü yayıldı
Bugün, 12:27 GÜNDƏM
-
Paşinyan “topu” erməni xalqına atdı...
Bugün, 12:21 SİYASƏT
-
Dövlət qulluğu imtahanı verəcək namizədlərə müraciət edildi
Bugün, 12:21 GÜNDƏM
-
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
Bugün, 12:11 GÜNDƏM
-
İstanbulda görünən şir... - Axtarış davam edir
Bugün, 12:08 DÜNYA
-
Məşhur YAP-çı Səfyar Musayevin oğluna vəzifə verildi
Bugün, 11:52 SİYASƏT
-
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Bugün, 11:28 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin..."
Bugün, 11:20 İQTİSADİYYAT
-
Şans sizi gözlətməyəcək - BÜRCÜNÜZ üçün xüsusi fürsətlər günlər
Bugün, 11:10 CƏMİYYƏT
-
"Trabzonspor"a uduzun klubda istefa oldu
Bugün, 10:59 İQTİSADİYYAT
-
Media subyektlərinə dəstək müsabiqəsi elan olunub
Bugün, 10:50 PRESS
-
Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı
Bugün, 10:43 SİYASƏT
-
Bakıda şirkət rəhbəri qandallandı
Bugün, 10:43 CƏMİYYƏT
-
104 Qəza xidmətinin maşınları ixtisara düşdü, sürücülər işsiz statusu ilə üzləşib, "Azərqaz"ın rəhbər şəxslərinin isə... - Xəbər təsdiqləndi (VİDEO, FOTO)
Bugün, 10:25 GÜNDƏM
-
Sumqayıtda 24 yaşlı qız dəm qazından ölüb
Bugün, 10:16 CƏMİYYƏT
-
Deputat "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam
Bugün, 10:04 GÜNDƏM
-
Alyona Əliyeva “İki dünya arasında” adlı fərdi sərgidə - FOTOLAR
Bugün, 09:49 MƏDƏNİYYƏT
-
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - İlham Əliyevdən yeni mesaj
Bugün, 09:34 GÜNDƏM
-
ARB TV-nin keçmiş aparıcısı ad günü mərasimindən az sonra qəzada həyatını itirib - Açıqlama
Bugün, 09:20 PRESS
-
“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər
Bugün, 09:09 İQTİSADİYYAT
-
"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
Bugün, 09:00 CƏMİYYƏT
-
"Barselona" 2 dəqiqəyə 2-0 geriyə düşdü - Daha sonra isə 10 dəqiqəyə 3 qol atdı
Bugün, 00:33 İDMAN
-
İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO
Bugün, 00:22 CƏMİYYƏT
-
Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi
Bugün, 00:22 İDMAN
-
İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"
Bugün, 00:09 SİYASƏT
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT