İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO

İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO

CƏMİYYƏT

Bugün, 00:22

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə gündəm olub.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, icra başçısı bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiyməti, satış vəziyyəti və gündəlik ticarətlə maraqlanıb.

O, satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib.

Videoda icra başçısının sakinlərlə söhbət zamanı azı iki nəfər yaşlı vətəndaşa "sən" deyə müraciət etdiyi görünür. Azərbaycanda yaşlı insanlara və özündən böyüklərə "siz" deyə xitab etmək hörmət ifadəsidir. Səmimi söhbətdə də bu müraciət formasını qorumaq mümkündür.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR