Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi

Yeni baş məşqçi də \"Mançester Yunayted\"in dərdinə əlac olmadı - \"Liverpul\" 4 qolla qalib gəldi

İDMAN

Bugün, 00:22

İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul" "Mançester Yunayted"i darmadağın edib.

Mia.az xəbər verir ki, "Liverpul" matçdan 4-0 hesabı ilə qalib ayrılıb.

Bununla da "Mançester Yunayted"in yeni baş məşqçisiMaurisio Poçettino ilk oyunundan ağır məğlubiyyətlə ayrılıb.

"Liverpul"a qələbə qazandıran qollarını Szoboszlai, Florian Virtz, Rio Ngumoha və Viktor Munoz vurublar.

Onu da qeyd edək ki, "Mançester Yunayted"in futbolçuusu Leni Yoro 8-ci dəqiqədə  qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, 9 liqa matçında qalib gəlməyən "Mançester Yunayted" 8 xalla son sıralarda yer alır.

Son 4 matçda 3-cü qələbəsini qazanan "Liverpul" isə 21 xala sahibdir.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR