"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
CƏMİYYƏT
Bugün, 09:00
Naxçıvan şəhər sakini, sahibkar Cavanşir Novruzov Mia.az saytı vasitəsiylə Prezident İlham Əliyev, Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və digər rəsmi orqanların rəhbərlərinə üzləşdiyi problemlərlə bağlı şikayət məktub ünvanlayıb.
O, şikayətində Babək rayonunun Badaşqan kəndində yerləşən, 9,6 sot torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün tələb olunan bütün sənədlərə sahib olsa da, yerli icra hakimiyyətinin dərbəyliyi səbəbindən hələ də tikintiyə başlaya bilmədiyini bildirib.
Sahibkar qeyd edib ki, düz 8 aydır Babək rayon İcra Hakimiyyəti onun Ssahibkar kimi yeni iş yeri açması məqsədiylə qanuni sahəsində tikinti aparmasına olur: "15 aprel tarixində Babək Rayon İcra Hakimiyyətinə bütün sənədləri təqdim eləsəm də, o vaxt icra başçısı olan indiki təhsil naziri Ovni Muradava təqdim edib. Lakin o vaxt ordan -buradan dedilər ki, bəs icra başçısının "görməsəm" xeyri olmayacaq. Yəni, qanuni sənədlərim olsa da, rüşvət olmasa, müxtəlif bəhanələrlə mənə icazə verilməyəcək. Mən də hər yerdə deyirdim ki, elə çox pulum olsaydı, niyə şəhəri qoyub Babək rayonunun kəndinə gedib iş görürəm ki? Hələ Naxçıvan şəhər sakini kimi, elə şəhər ərazisində yer alıb, iş yer görərdim də. Nə isə. Səmimi deyim ki, mənə bilərəkdən probem yaradacaqlarına inanmadım və düz avqustun əvvəlinə qədər səbrlə gözlədim. Lkain gördüm ki, bunlar doğrudan da mənim sənədimi təsdiqləmək istəmirlər. Bundan sonra şikayət elədim, icra başçısı olan Ovni Muradov həyəcanla məni görüşə dəvət etdi, orada elə danışdı, elə sözlər dedi, elə vədlər verdi ki, həqiqətən şikayətimə görə az qala peşman olurdum. Hətta memara da dedim ki, deyəsən bu cür yaxşı adamdan şikayət etməklə səhv eləmişəm. Nə isə. O görüşdə icra başçısı əvvəlcə süni əngəllin ondan deyil, guya Naxçıvan rəhbərliyindən qaynaqlandığını dedi. Sonra söz verdi ki, 10 gün səbrli ol, öz imkanları çərçivəsində sənədlərini təsdiqləyib verəcək. Hətta o görüşdən sonra memar bir neçə dəfə mənə zəng edib "Cavanşir müəllim, bəs sənədlərin içində filan sənədi itib, iş uzanmasın, varsa o sənədin surətini yenidən gətir, tez həll edək işini" kimi sözlərindən sonra Ovni Muradovun səmiyyətinə güvənim daha da artmışdı. Hansı sənədi istədilər, təkrar apardım, dedilər bir-iki günə icazə sənədin veriləcək. Lakin sən demə, bu Ovni Muradov təhsil naziri təyinatı üçün gün saydığı üçün "başımın altına yastıq" qoyurmuş. Məni isə "yola vermək"lə haqqında şikayətləri dayandırmaq niyyəti güdürmüş. Necə ki, bu fikrim zamanla təsdiqləndi. O, nazir təyin olunandan sonra sənədlərimin hazırlanması dayandı. Bu barədə başçısı vəzifəsinin həvalə olunduğu birinci müavinin yanında oldum, dedi, onluq deyil, o, kimdir ki?! Memar da dedi daha bizlik deyil, gözlə, təzə icra başçısı gəlsin. Bundan sonra Ovni Muradova zəng edib dedim ki, bəs söz verdin, mən də sənə inanıb gözlədim, hansı sənədi də istədiniz gətirib təkrar verdim, niyə belə etdin?! Qayıtdı ki, narahat olma, çalışıb kömək edəcək-filan. Lakin o vaxtdan 4 ay ötüb, hələ də sənədimi ala bilmirəm. Az qalıram Heydər Əliyev Fonduna müraciət edib, maddi yardım alıb bunlara verəm ki, alın, mənim işimi də həll edin. Hər halda son anda məcbur qlaıb rüşvət erməyim üçün bu addımı da atacağam Çünki səmimi deyirəm ki, mənim kiməsə verəcək əlavə pulum yoxdur..."
Sahibkar onu da bildirib ki, artıq 8 aydan çoxdur yubadılan sənədləşmə işi prosesi boyu rüşvətlə bağlı eşitdiklərinə inanmağa başlayıb: "Haqq var başımın üstə. Məndən kimsə nəsə istəməyib, lakin ordan-burdan eşdirəm ki, pulsuz sənəd vermirlər. Ona görə Bakıya üz tutub kömək istəyirəm. Çox xahiş edirəm, sənədimin həllinə və qanuni tikinti aparılmasına köməklik göstərəsiniz"
Sahibkar Prezident İlham Əliyevin "Sahibkara manecilik törətmək vətənə xəyanətə bərabərdir" sözünü də xatırladıb. Bildirib ki, hər br icra başçısı da həm bundan, həm də "məmurlar xalqın xidmətçisi olmalıdır" tapşırıqlarından nəticə çıxarmalıdır: "Təəssüf ki, bu gün şəxsimdə Babəkdə bunun əksini görürəm. Məmurlar Prezidentin tapşırıq və qanunları sanki bilərəkdən icra etməməklə, dövlətə və onun ali liderinin uğurlu siyasətinə kölgə salmağa çalışırlar...".
O, sonda bu şikayətinin yuxarı rəhbər orqanlara yetişməməmsi halında Heydər Əliyev Fonduna maddi yardım üçün açıq müracit edəcəyini də sözlərinə əlavə edib.
Sahibkar daha sonra Ovni Muradovhaqqında başqa maraqlı iddialar da deyib. Bu və ya digər məqamlarla bağlı əlavə yazımz olacaq.
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
Bugün, 09:00 CƏMİYYƏT
-
"Barselona" 2 dəqiqəyə 2-0 geriyə düşdü - Daha sonra isə 10 dəqiqəyə 3 qol atdı
Bugün, 00:33 İDMAN
-
İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO
Bugün, 00:22 CƏMİYYƏT
-
Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi
Bugün, 00:22 İDMAN
-
İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"
Bugün, 00:09 PRESS
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM
-
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN
22.11.2026, 13:05 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
22.11.2026, 12:53 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO
22.11.2026, 11:59 CƏMİYYƏT
-
""AZƏRİQAZ, nə baş verir, sistem işləmir, ya qoyduğunuz sayğaclar?""
22.11.2026, 11:09 CƏMİYYƏT
-
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
22.11.2026, 10:27 DÜNYA
-
Dövlət Sosial Müdafiə Fondunun borcları kəskin artıb - Bu, pensiyaçılara nə vəd edir?
22.11.2026, 10:13 İQTİSADİYYAT
-
Naxçıvanda 3 bal zəlzələ olub
22.11.2026, 09:05 GÜNDƏM
-
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
21.11.2026, 18:01 GÜNDƏM
-
"BDU-da heç kim işdən azad olunmayıb, nə də yeni təyinat var" - Mətbuat katibindən açıqlama
21.11.2026, 18:00 CƏMİYYƏT
-
"Azəriqaz" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - "Ciddi bir iyerarxiya və status fərqi var"
21.11.2026, 17:49 GÜNDƏM
-
Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır
21.11.2026, 15:33 YAZARLAR
-
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
21.11.2026, 15:05 SİYASƏT
-
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - ÇIXIŞLAR + FOTOLAR
21.11.2026, 14:43 GÜNDƏM
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar... - Saxlanılanlar var (VİDEO)
21.11.2026, 13:13 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
21.11.2026, 12:55 CƏMİYYƏT
-
SAKİT OKEANA DOĞRU...
21.11.2026, 12:22 YAZARLAR
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
21.11.2026, 12:17 CƏMİYYƏT
-
Azərbaycan neft 1.5 dollar ucuzlaşdı
21.11.2026, 11:55 İQTİSADİYYAT
-
YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır
21.11.2026, 11:43 SİYASƏT
-
"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib
21.11.2026, 11:28 MƏDƏNİYYƏT
-
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
21.11.2026, 11:15 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Prezidenti, Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
21.11.2026, 10:07 GÜNDƏM