Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək
MƏDƏNİYYƏT
Bugün, 15:03
2026-cı il noyabrın 23–24-də Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək.
Milli Xalça Muzeyindən Mia.az-a bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Türkiyənin Mərmərə Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq simpozium türk xalqlarının zəngin xalçaçılıq irsinin araşdırılması, ortaq mədəni dəyərlərin təbliği və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı təmsil edən 20-dən çox alim, tədqiqatçı və muzey mütəxəssisinin iştirakı nəzərdə tutulur.
İki gün davam edəcək simpozium çərçivəsində beş elmi sessiya təşkil olunacaq. Sessiyalarda türk xalça sənətinin konseptual və simvolik dünyası, Lətif Kərimovun elmi və bədii irsi, muzey kolleksiyaları, Mərkəzi Asiya və Anadolu toxuculuq ənənələri, eləcə də xalçaçılıqda dizayn və rəqəmsal texnologiyaların tətbiqi kimi aktual mövzular müzakirə ediləcək.
Elmi müzakirələrlə yanaşı, simpoziumun proqramında “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərginin açılışı, iştirakçıların Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanışlığı və mədəni proqram da yer alır. Mədəni proqram çərçivəsində Qaziantep gənclər qrupunun ifasında konsert təqdim olunacaq.
Beynəlxalq simpozium “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa və tədbirin rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq.
Simpozium türk xalqlarının ortaq toxuculuq ənənələrinin elmi müstəvidə araşdırılmasına, xalça sənətinin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməyi hədəfləyir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTOLAR
Bugün, 15:07 GÜNDƏM
-
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək
Bugün, 15:03 MƏDƏNİYYƏT
-
Azərbaycanda əhalinin sayı artıb
Bugün, 14:57 GÜNDƏM
-
Deputat: "Ən vacib məqamlardan biri kadr siyasətidir" - "Gələn şəxs Məleykə Abbaszadənin qurduğu sistemi, mühiti dağıtmamamlıdır"
Bugün, 14:55 SİYASƏT
-
“Tünzalə tovuzlu qızımızdır, ancaq..." - Elza Seyidcahan ona keçmişini unutmasnı xatırlatdı
Bugün, 14:28 ŞOU-BİZNES
-
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR
Bugün, 14:21 SİYASƏT
-
Nazir müavini Rauf Hacıyevin gəlini - Toydan sonra ilk paylaşımı etdi + FOTOLAR
Bugün, 14:07 ŞOU-BİZNES
-
Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq kompleksi ilə bağlı qərar verildi
Bugün, 13:56 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 13:47 GÜNDƏM
-
AMEA-nın strukturunda dəyişiklik - Əli Əsədov qərar imzaladı
Bugün, 13:29 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir- Əhali təxliyə olunur (Yenilənib)
Bugün, 13:21 GÜNDƏM
-
Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ necə veriləcək? - YENİ QAYDA
Bugün, 13:15 CƏMİYYƏT
-
Tramp, Putin və Si Cinpin görüşü: dünya siyasətində yeni güc balansı və beynəlxalq münasibətlərin gələcəyi (TƏHLİL)
Bugün, 13:03 SİYASƏT
-
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Bugün, 12:54 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:47 CƏMİYYƏT
-
Prezident İlham Əliyevin Vyetnama səfərinin görünən və görünməyən tərəfləri... - TƏHLİL
Bugün, 12:32 SİYASƏT
-
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 12:13 GÜNDƏM
-
Partiyasını dəyişən sədrin davranışı belə müzakirə yaratdı - "Bizim məscidin mollasından yaxşı dua oxuyur"
Bugün, 12:05 SİYASƏT
-
“Araz” supermarketlər şəbəkəsi iki nominasiya üzrə mükafata layiq görülüb
Bugün, 11:59 İQTİSADİYYAT
-
“Atlant”ın rəhbəri vəfat etdi
Bugün, 11:59 GÜNDƏM
-
Miqrasiya orqanlarına qəbul imtahanında Azərbaycan dili fənni ləğv edilir – YENİ BÖLGÜ
Bugün, 11:37 GÜNDƏM
-
Rihanna "sərhəd"i aşdı - Bu dəfə elə şey etdi ki... (FOTO)
Bugün, 11:23 ŞOU-BİZNES
-
Sahil Babayev şöbə müdirini yüksək vəzifəyə təyin etdi
Bugün, 11:15 İQTİSADİYYAT
-
MEDİA müsabiqə qaydalarına yenilik edib
Bugün, 11:01 PRESS
-
İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
Bugün, 10:48 CƏMİYYƏT
-
"Bu təyinat mənim üçün böyük şərəfdir" - Rektor təyin edilən Məleykə Abbaszadədən ilk açıqlamalar
Bugün, 10:33 SİYASƏT
-
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Paytaxt qaranlığa qərq olub
Bugün, 10:24 GÜNDƏM
-
"Bayqaralar" cinayətkar dəstəsinə qarşı əməliyyat: 101 nəfər saxlanıldı
Bugün, 10:15 KRİMİNAL
-
Şahdağda qar yağır
Bugün, 10:06 CƏMİYYƏT
-
Bakının daha üç rayonunda müşavirələr keçirilib - Nələr müzakirə olunub?
Bugün, 10:05 CƏMİYYƏT
-
Azərbaycan neft bir dollara yaxın bahalaşıb
Bugün, 09:59 İQTİSADİYYAT
-
QHT-lər üçün qrant müsabiqələri elan edilib - ŞƏRTLƏR
Bugün, 09:49 SİYASƏT
-
"Rövşən Nəcəf, biz nəylə dolanaq ? Mikayıl Cabbarov, necə yaşayaq?" - "Azəriqaz"ın sürücüləri "bu qərarı dayandırın" deyir
Bugün, 09:36 GÜNDƏM
-
YENİ NAZİRİN TƏƏCCÜB DOĞURAN YENİ ƏMRİ - "Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur"
Bugün, 09:07 GÜNDƏM