Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ necə veriləcək? - YENİ QAYDA
CƏMİYYƏT
Bugün, 13:15
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, bununla bağlı Mülki Məcəllədə və "Daşınmaz əmlakın dövlət reyestri" haqqında qanunda dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub.
Sənəd "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur. Həmin qanuna əsasən, vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-na qədər davam edib. Lakin həmin vaxtdan daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə vətəndaşlara torpaq sahəsinin plan və ölçüsü sənədi (plan-ölçü) verməyə başlayıb.
Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-na qədər şəhadətnamə aldığı halda, digər qismi həmin müddətə qədər müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.
Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006–2015-ci illərdə plan-ölçü tərtib etdiyi həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-na qədər olan dövrdə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AMEA-nın strukturunda dəyişiklik - Əli Əsədov qərar imzaladı
Bugün, 13:29 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir- Əhali təxliyə olunur (Yenilənib)
Bugün, 13:21 GÜNDƏM
-
Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ necə veriləcək? - YENİ QAYDA
Bugün, 13:15 CƏMİYYƏT
-
Tramp, Putin və Si Cinpin görüşü: dünya siyasətində yeni güc balansı və beynəlxalq münasibətlərin gələcəyi (TƏHLİL)
Bugün, 13:03 SİYASƏT
-
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Bugün, 12:54 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:47 CƏMİYYƏT
-
Prezident İlham Əliyevin Vyetnama səfərinin görünən və görünməyən tərəfləri... - TƏHLİL
Bugün, 12:32 SİYASƏT
-
İlham Əliyev Vyetnamın Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 12:19 GÜNDƏM
-
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 12:13 GÜNDƏM
-
Partiyasını dəyişən sədrin davranışı belə müzakirə yaratdı - "Bizim məscidin mollasından yaxşı dua oxuyur"
Bugün, 12:05 SİYASƏT
-
“Araz” supermarketlər şəbəkəsi iki nominasiya üzrə mükafata layiq görülüb
Bugün, 11:59 İQTİSADİYYAT
-
“Atlant”ın rəhbəri vəfat etdi
Bugün, 11:59 GÜNDƏM
-
Miqrasiya orqanlarına qəbul imtahanında Azərbaycan dili fənni ləğv edilir – YENİ BÖLGÜ
Bugün, 11:37 GÜNDƏM
-
Rihanna "sərhəd"i aşdı - Bu dəfə elə şey etdi ki... (FOTO)
Bugün, 11:23 ŞOU-BİZNES
-
Sahil Babayev şöbə müdirini yüksək vəzifəyə təyin etdi
Bugün, 11:15 İQTİSADİYYAT
-
MEDİA müsabiqə qaydalarına yenilik edib
Bugün, 11:01 PRESS
-
İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
Bugün, 10:48 CƏMİYYƏT
-
"Bu təyinat mənim üçün böyük şərəfdir" - Rektor təyin edilən Məleykə Abbaszadədən ilk açıqlamalar
Bugün, 10:33 SİYASƏT
-
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Paytaxt qaranlığa qərq olub
Bugün, 10:24 GÜNDƏM
-
"Bayqaralar" cinayətkar dəstəsinə qarşı əməliyyat: 101 nəfər saxlanıldı
Bugün, 10:15 KRİMİNAL
-
Şahdağda qar yağır
Bugün, 10:06 CƏMİYYƏT
-
Bakının daha üç rayonunda müşavirələr keçirilib - Nələr müzakirə olunub?
Bugün, 10:05 CƏMİYYƏT
-
Azərbaycan neft bir dollara yaxın bahalaşıb
Bugün, 09:59 İQTİSADİYYAT
-
QHT-lər üçün qrant müsabiqələri elan edilib - ŞƏRTLƏR
Bugün, 09:49 SİYASƏT
-
"Rövşən Nəcəf, biz nəylə dolanaq ? Mikayıl Cabbarov, necə yaşayaq?" - "Azəriqaz"ın sürücüləri "bu qərarı dayandırın" deyir
Bugün, 09:36 GÜNDƏM
-
YENİ NAZİRİN TƏƏCCÜB DOĞURAN YENİ ƏMRİ - "Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur"
Bugün, 09:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini və "İnqilab şəhidləri" abidəsini ziyarət edib - FOTOLAR
Bugün, 08:54 GÜNDƏM
-
Baş katib: "Avropa, ABŞ və Ukraynanın razılığa gəlməsi müsbət haldır"
Bugün, 00:11 DÜNYA
-
Daha bir serial efirlə vidalaşdı - Səbəb
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri - Vüqar Rəhimzadə yazır
19.11.2026, 23:29 SİYASƏT
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTOLAR
19.11.2026, 23:29 GÜNDƏM
-
NATO Baş katibi: "Nüvə silahına sahib ölkə liderləri bir araya gəlməlidir"
19.11.2026, 21:50 DÜNYA
-
445 min manatlıq mübahisəli iş - Axtarışda olan Zinyət Səfərova Türkiyədə tutulub
19.11.2026, 21:39 KRİMİNAL