Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Paytaxt qaranlığa qərq olub

Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Paytaxt qaranlığa qərq olub

GÜNDƏM

Bugün, 10:24

Çindən dönər-dönməz Putinin göstərişi ilə Rusiya ordusu gecəboyu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər yağdırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şəhərin üç ayrı ərazisinə endirilən güclü zərbələr nəticəsində ardıcıl partlayışlar baş verib, bir çox bölgələr qaranlığa qərq olub.

Məlumatda o da deyilir ki, zərbələr təxminən 3 milyon insanın yaşadığı paytaxtdakı enerji infrastrukturunda böyük dağıntı yaradıb: "Hücum nəticəsində Obolon, Podil və Qolosiyev rayonlarında güclü yanğınlar baş verib. Obolonda üçmərtəbəli bina, Podildə qeyri-yaşayış binası və Qolosiyevdə ofis binasınınsöndürülməsi səhərə yaxın mümkün olub".

Rəsmilər hələlik itkilər haqda açıqlama verməyiblər: "Dəqiqləşdirmə gedir".

Xatırladaq ki, ötən gün Çində jurnalistlərə açıqlama verən Rusiya prezidenti Ukraynanın Krım körpüsünü vurmasına çox sərt reaksiya vermişdi: "Bunun çox ağır cavabı olacaq".

Hüseyn Namazov

MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR