Hikmət Hacıyev: "Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyir"

Hikmət Hacıyev: \"Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyir\"

SİYASƏT

Bugün, 11:48

"Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyir"

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

O, tanınmış fotoqraf Reza Deqatiyə Azərbaycanda itkin düşmüş şəxslərə həsr etdiyi kitabı ona təqdim etməsinə görə təşəkkür edib: "Onun obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı bütün dünyaya çatdırılır".

H.Hacıyev həmçinin minalarla yanaşı, itkin düşmüş şəxslərin də müharibənin ən ağır humanitar nəticələrindən biri olduğunu xatırladıb: "Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib. Qalıqların çıxarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla belə, biz hələ də Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik. Həmçinin keçmiş təmas xətti boyunca 2020–2023-cü illərdə basdırılmış minaların xəritələrinin təqdim olunmasını gözləyirik. Həmin xəttin uzunluğu 440 kilometrdən çox, dərinliyi isə 2 kilometrdir. Bu minalar mülki şəxslərin ölümünə və xəsarət almasına səbəb olmaqda, eləcə də keçmiş məcburi köçkünlərin geri qayıtmasına mane olmaqda davam edir. Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın qurulması istiqamətində mühüm addım, keçid ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR