PUTİNLƏ TRAMP ÇİNDƏ BİR ARAYA GƏLDİ - Tarixi görüşdən ilk FOTOLAR

PUTİNLƏ TRAMP ÇİNDƏ BİR ARAYA GƏLDİ - Tarixi görüşdən ilk FOTOLAR

GÜNDƏM

Bugün, 09:14

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Çində APEC Zirvəsi çərçivəsində ikitərəfli qapalı görüş olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki ölkə lideri Rusiya-Ukrayna müharibəsi, nüvə silahlarının məhdudlaşdırılması, İrandakı münaqişə və Vaşinqton-Moskva münasibətləri ətrafında  müzakirə aparıblar.

Yeri gəlmişkən, görüşdən əvvəl Tramp Putini yenidən tərfiləyib v deyib: "Bundan çoxlu əla nəticələr əldə edə bilərik. Bizim çox yaxşı münasibətlərimiz var".

Görüşdən sonra isə tərəflrə hələki açıqama verməyiblər.

Dünya mediası isə Tramp və Putin arasındakı görüşdən sonra diqqəti Çin prezidenti Si Cinpinin də iştirak edəcəyi üçtərəfli sammitə yönəldib.

Xatırladaq ki, ABŞ, Rusiya və Çin liderlərinin ilk dəfə bu formatda eyni masada görüşməsi görüşün tarixi əhəmiyyətini artırır.

Kremlin sözçüsü Peskov üçtərəfli görüş üçün təxminən bir saat vaxt ayrıldığını açıqlayıb.

Müzakirələrin qlobal təhlükəsizlik, nüvə silahlarının məhdudlaşdırılması, beynəlxalq ticarət və böyük dövlətlər arasındakı münasibətləri əhatə etməsi gözlənilir.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR