AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar"

AKP-nin \"ağır topu\"ndan Ərdoğana xəbərdarlıq: \"Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar\"

SİYASƏT

Bugün, 15:43

Türkkyəni silkələyən milyardların dövr etdiyi qondarma "Fond" dələduzluğu işi üzrə sərt tələbləri daimi dilə gətirən hakim AKP-nin "ağır topları"ndan sayılan sabiq deputat  Şamil Təyyarın "şübhəli şəxs" qismində istintaqa çağırılması ölkədə böyük ajiotaj yaradıb.

Mia.az Türkiyə mətbatına istandla xəbər verir ki, dələduzluq halının ortaya çıxdığı gündən "burada rol alan bütün şəxslər, o cümlən AKP və vəzifədə olan hər kəs həbs edilməlidir" deyən, hətta nüfuzlu şəxslərin adlarını dələduzluqda sadalayan Şamil Təyyarın qəfil şübhəkli şəxs qismində istintaqa çağırılması birmənalı qarşılanmayıb.

Məsələyə münasibət bildirən sabiq deputat da etirazını qabardıb. O, Prezident Ərdoğana müraciət edərək, AK Partiyaya qarşı daxili və xaricdən hücum olduğunu iddia edib.

O, Ərdoğana müraciətində "kaş ki, üz-üzə görüşmək imkanımız olaydı" deyə bildirib ki, şəxsinə qarşı baş verənlər artıq sözün bitməsi anlamı daşıyır: "Əgər bu gün partiyanın öz övladlarına qarşı sui-qəsdlər, oyunlar qurulursa, deməli, sözlərin bitdiyi nöqtədəyik"

Onun sözlərinə görə, AK Partiya 25 ildir müxtəlif siyasi mübarizələr yolu ilə hakimiyyətini qoruyub: "Hörmətli cənab Prezident! Bu paylaşımı sizə çatacağına ümid edərək yazıram. Kaş ki, sizinlə üz-üzə görüşmək və izah edə bilsəydim, amma bu baş vermədi. Bunu 25 ildir AK Partiyaya sadiq olan və sizə və partiyamıza qarşı edilən hər siyasi sui-qəsd cəhdində sizin yanınızda möhkəm dayanmaqdan şərəf duyan biri kimi yazıram. Sən yaxın tarixin ən böyük inqilabçısısan. Türkiyəni yeni bir dövrə gətirdin. Səni Allah xatirinə sevirik, hörmətimiz və sevgimiz sonsuzdur. İndisə açıq deməliyəmki, xarici və daxili düşmənlər AK Partiyasını hissə-hissə parçalayırlar.

Əgər 25 ildir qəyyumluq, memorandumlar, çevrilişlər və əməliyyatlara qarşı mübarizə apararaq hakimiyyətini qoruyub saxlayan AK Partiya indi ən güclü dövründə öz övladlarına qarşı sui-qəsd hazırlaya bilirsə, deməli, sözlərin mənasız olduğu nöqtəyə çatmışıq."

Çox maraqlııdır ki, sabiq deputat az sonra bu paylaşımını silib.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR